Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir.Lamiyə Əliyeva, Dünya universitetləri: Utrext Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 01.04.2011, № 12.

Əhalisi 2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur.

Turizm Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar.

Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir.

Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur.

Tarixi Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.

İstinadlar

Kateqoriya:Niderland şəhərləri Kateqoriya:Reyn çayı ətrafında yaşayış məntəqələri Kateqoriya:I əsrdə yaranan yaşayış məntəqələri