Nərimankənd (əvvəlki adı: Nərimanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nərimankənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Nəsimi kənd Sovetinin Nərimanovka kəndi Nərimankənd kəndi adlandırılmışdır. Nərimankənd kəndi Nəsimi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nərimankənd kənd Soveti yaradılmışdır.

Toponimikası Kəndin keçmiş adı Üçməzar olmuşdur. Sovet dövründə kənd Nəriman Nərimanovun şərəfinə Nərimanovka adlandırılmış, 1991-ci ildən isə indiki adla rəsmiləşdirilmişdir.

Tarixi

Tarixi abidələri Nərimankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi5789Şəhriyartəpə yaşayış yeriOrta əsrlərNərimankənd kəndiArxeolojiYerli

Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir. Nəsimi, Səmədabad kəndləri ilə sərhəddir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993015149615192009↗3542↗1775↗1767

İqtisadiyyatı Kənddə 831 təsərrüfat var.

2015-ci ilin iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə təbii qaz verilmişdir. socar.az, 25.06.2015

Mədəniyyəti Kənddə Nərimankənd kitabxana filialı, Nərimankənd kənd klubu, Nərimankənd Poçt Agentliyi və Nərimankənd EATS fəaliyyət göstərir.

Təhsil Kənddə Nərimankənd tam orta məktəbi və Nərimankənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə 21 dekabr 2009-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100109 A3–118 olan Nərimankənd kəndi "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə Kənddə Nərimankənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Nərimankənd (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri