Makinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyun yaranması Bu soy Oğuzların boylarından biri olan Bayat elindən çıxıb. Bayat elinin böyük qollarından biri indiki Cənubi Azərbaycanda yerləşən Maku bölgəsində məskunlaşmışdı.
Elin başçısı olan Əhməd sultan 1729-cu ildə Nadir şah Qırxlı-Əfşarın yaratdığı orduya qoşulmuşdu. 1747-ci ildə Əhməd sultan Nadir şahın ölümündən sonra, onun arvadlarından birini götürüb Makuya gələrək, burada Maku xanlığını yaratmış, və "xan" titulunu qazanaraq Əhməd xan olmuşdur. Əhməd xan 1778-ci ildə vəfat edib.
Əhməd xanın Hüseyn xan və Həsən xan adlı oğlanları vardı. Hüseyn xanın oğlanlarından biri Əhməd xan İrəvan şəhərinə köçərək burda məskunlaşdı. Onun törəmələri xanlıq dönəmində Bayati-Maku (yəni "Maku bayatları, Makulu bayatlar"), rus üsul-idarəsi dövründə isə Makinski (, yəni "Makulu, Makudan olan") soyadı daşıyırdılar.
Sənəd — İrəvan şəhər notariusu H. Qazıyevin 1895-ci ilin akt kitabından çıxarışında bu, tam açıqlığı ilə göstərilmişdir. Çıxarışda yazılır:
Soyun tanınmış nümayəndələri thumb|272x272px|Əli xan Makinskinin (mərkəzdə əyləşib) rəhbərliyi ilə bir dəstə Qafqaz könüllüləri Əhməd xan Makinski — Rusiya İmperator Ordusunun hərbçisi, mayor. Pənah xan Makinski — İrəvan Şəhər Dumasının üzvü, kollej müşaviri. Əli xan Makinski — İrəvan Şəhər Dumasının üzvü, mülkədar. Teymur bəy Makinski — Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü. Zülfüqar bəy Makinski — hüquqşünas, Himayəçilik nazirliyinin İrəvanda müvəkkili. Abbasəli bəy Makinski — hüquqşünas, Xarici işlər nazirliyinin tərcüməçisi, Azərbaycan Parlamentinin üzvü.
Mənbə Ənvər Çingizoğlu, Bayat eli, "Soy" dərgisi, 1 (33). 2010.
Həmçinin bax Maku xanlığı
Xarici keçidlər
Kateqoriya:Makinskilər Kateqoriya:İrəvan bəy soyları