Azərbaycan İslam Xilafətinin tərkibində — VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur.Азербайджан в IV–VII вв. Chaumont, M. L. "Atropates", Encyclopaedia Iranica, vol. 3.1, London: Routledge & Kegan Paul, 1989

Azərbaycanın Xilafət tərəfindən fəthi 637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639–640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639–640-cı ildə vətəninə qayıdır.Р. А. Гусейнов, Х Ю. Вердиева. История Азербайджана, Баку, Озан, 2000 г.

Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639–640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir.Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, II cildZ. Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007N. Vəlixanlı – Ərəb Xilafəti və Azərbaycan, Bakı, 1992

İlk hücumlar haqqında (643–645) right|thumb|350px|Azərbaycan Xəzər dənizinin şimalında. Araz və Kür çayları Azərbaycan sərhədlıri içində göstərilib. Azərbaycan Bab əl-Baba (Dərbənd) qədər uzanıb (İbn Havqəl, 977) thumb|right|350px|İdrisinin çəkdiyi xəritə (1154), Azərbaycan sınırları Xəzər dənizinin qərb tərəfində bəllidir Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.

Ərəblərin Sasanilər imperiyasının Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nahavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə yerləşən, Qum və Kaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər.

Ərəblərin Azərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu şəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd nahiyəsini işğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləşdirdilər. Məhz bu qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və İranın Xəzəryanı vilayətlərinə ediləcək yürüşlərə hazırlıq görürdülər.

Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O, Bacrəvan, Mayməd, Nariz, Şiz, Məyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı.Əl-Bəlazuri, səh. 325–326Yaqut, I, 173

Nihavənd döyüşündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin işğalı hələ tam başa çatmamış, xəlifə Ömərin (634–644) əmri ilə Bukayr ibn Abdullah və Utba ibn Farkadın başçılıq etdikləri qoşun dəstələri Azərbaycan sərhədlərini keçdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukayrın Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür.

Rey yanındakı döyüşlərin ərəblər üçün müvəffəqiyyətlə başa çatdırılması, xəlifənin Bukayra kömək göndərmək haqqında əvvəlki əmrinin yerinə yetirilməsinə imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən İsfəndiyarın qardaşı Bəhramın başçılığı altında təşkil olunmuş yeni qoşun Utba ibn Farkadın dəstəsinə hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram qaçır. Hələ də Bukayrın yanında əsirlikdə qalan Azərbaycan mərzbanı İsfəndiyar isə bu hadisədən sonra ərəblərlə sülh müqaviləsi imzalamalı olur. Bu müqaviləyə görə Azərbaycan əhalisi "imkanları daxilində" can vergisi-cizyə ödəməli idi; "qadınlar və uşaqlar, həmçinin yaşamaq üçün vəsaiti olmayan xroniki xəstələr, dünya malından heç nəyi olmayan zahidlər" bu vergidən azad olunurdular.

Yeni hakimiyyət Azərbaycanın bütün əhalisinə, "onun düzlərində, dağlarında, ucqar və sərhəd yerlərində yaşayanlarına, onların əmlakına, dini icmalarına, qanunlarına, qaydalarına aman" verməyi öz üzərinə götürürdü.

Bəlazuri isə yazır ki, "hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Bu müqaviləyə görə mərzban "800 min dirhəm verməyi öhdəsinə götürdü" ərəblər isə öz tərəfindən öhdələrinə almışdılar ki, heç kəsi öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar və Balasacan, Savalan və Satrudan kürdlərini təqib etməsinlər. Şiz əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra etdikləri hər işi açıq görmələrinə mane olmasınlar".Əl-Bəlazuri, 326əl-Yaqut, I, 173 Bundan sonra xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə ibn Farkadı Azərbaycana canişin təyin etdi. Lakin ərəb qoşunları Azərbaycandan gedəndən sonra ölkənin əhalisi hicri 24 (644–645)-cü ildə üsyan qaldırıb, "müsəlmanların onlarla bağladıqları sülh şərtlərinə əməl etməkdən boyun qaçırdılar".Ət-Təbəri, I, 2804əl-Bəlazuri, 328

Ərəblərin növbəti hücumları (646–720) 646-cı ildə ərəb ordusu Valid ibn Uqbənin komandanlığı ilə yenidən Azərbaycana yürüş etdi. Ordunun qabaq dəstəsində Salman ibn ər-Rəbiə əl-Bəxili gedirdi. Azərbaycan ikinci dəfə istila edildi, "bu şərtlə ki, (hər il) onlar (əhali) səkkiz yüz min dirhəm versinlər. Bu, Huzeyfə ibn əl-Yəmaninin 22 (b.e. 644)-ci ildə, yəni Nəhavənd vuruşmasından bir il sonra onlarla bağladığı sülhün şərtləri idi".

639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi. Bu dəstənin komandanı Bukeyr ibn Abdullah mukanlılarla müqavilə bağladı və onlara aşağıdakı məzmunda fərman verdi:

"Bismillahirrəhman-irrəhim. Bu fərman Bukeyr ibn Abdullah tərəfindən Mukan əhalisinə, onların şəxsiyyəti, əmlakı, dini və qanunlarını mühafızə etmək haqqında verilən mühafızə fərmanıdır ki, həddi-büluğa çatmış hər bir şəxs bir dinar, yaxud onun dəyərini versin, müsəlmana səmimi yanaşsın, ona yol göstərsin və bir gün bir gecə onu saxlayıb yedirsin. Nə qədər ki, onlar öz üzərində (ərəb) hakimiyyətini qəbul edib ərəblərə xeyirxahlıqla yanaşırlar, onlara əmin-amanlıq təmin olunur və biz öz təəhhüdlərimizi yerinə yetirərik. Əgər onlar öz təəhhüdlərini pozub səmimi olmadıqlarını göstərsələr, xainləri ələ verməyincə, onlara aman yoxdur! Əks halda! Onlar xainlərin həmfıkri hesab olunacaqlar. Şahidlər əş-Şəmmax ibn Dirar, ər-Rusaris ibn Cunadib və Xəmələ ibn Cuveyyə olmuşlar. Hicri 21-ci ildə (b.e. 642-ci ildə) yazılmışdır".Ət-Təbəri, I, 2666İbn əl-Əsir, III, 22.

Bukeyr ibn Abdullah Mukandan Xəzər dənizinin sahili ilə şimala doğru hücum etdi və həmin il Bab-ül-Əbvaba (Dərbəndə) çatdı.Ət-Təbəri, I, 2665–2666İbn əl-Əsir, III, 21–22 Sonrakı 642/643-cü illərdə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbd-ür-Rəhman ibn ər-Rəbiə əl-Bəxilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr verdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl-Beyda şəhərinə çatıb onu işğal etdi.Ət-Təbəri, I, 2668 Lakin Balancar yaxınlığındakı xəzərlər hücuma keçib ərəbləri məğlub etdi və onların komandanı Əbdür-Rəhman ər-Rəbiəni öldürdülər.Ət-Təbəri, I, 2668–2669-2871

Arranın ələ keçirilməsi Ərəb qoşunları Arran ərazisinə şərqdən deyil, cənub-qərbdən, Naxçıvandan keçməyə başladılar. Arrana soxulan ilk ərəb dəstəsi Salman ibn Rəbiə əl-Bəxilinin komandanlığı altında olan dəstə idi ki, bu da Həbib ibn Məsləmənin ordusuna daxil idi.

Naxçıvan 3-cü xəlifə Osman ibn Affanın (644–656) hökmranlığı zamanında tutulmuşdu. Həbib ibn Məsləmə Naxçıvanı işğal edəndən sonra onun əhalisi ilə sülh müqaviləsi bağladı və aşağıdakı fərmanı verdi:

"Bismillahir-rəhmanir-rəhim. Bu fərman Həbib ibn Məsləmə tərəfindən Naşava (Naxçıvan) şəhəri əhalisinə, onun burada olan və olmayan kahinlərinə və yəhudilərinə, ona görə verilir ki, mən sizin əmin-amanlığınızı və əmlakınızı, sizin kilsə və ibadətgahlarınızı və şəhərinizin hasarlarını mühafızə altına alıram. Siz əmin-amandasınız və biz sizinlə bağladığımız müqaviləni o vaxtadək yerinə yetirməyi təəhhüd edirik ki, siz özünüz ona əməl edib cizyə və xərac verəsiniz, ən mötəbər zamin olan Allah özü buna zəmanətdir. Fərman Həbib ibn Məsləmənin möhürü ilə təsdiq olunur".Əl-Bəlazuri, 200.

Salman ibn ər-Rəbiənin dəstəsi Naxçıvandan çıxandan sonra Biçənək keçidindən Şəki, Gorus tərəfə yeridi və Arran ərazisinə çatanda Beyləqan üzərinə yürüş etdi.

Daha sonra Salman ibn ər-Rəbiənin ordusu Bərdəni, Beyləqanı işğal etdi. Şakşin (Şakaşen), Meskean (Meskuenk), Ud (Uti), Mesiran (Mesarans), Xarxilyan (Xarcilank), Tabar (Tri) mahallarının kəndlərini və Arranın digər yerləri də işğal olundu.Əl-Bəlazuri, 203–204əl-Yəqubi, II, 194

Sonra Salman ibn ər-Rəbiənin dəstəsi Şamxoru, Qəbələni tutdu, Şakkan və Kamiberan hakimləri ilə bac vermək şərti əsasında sülh bağladı. Xeyzan əhalisi, Şirvan padşahı, qalan dağların padşahları, Məsqət, Şabran və Bab (Dərbənd) şəhərinin əhalisi də onunla (Salmanla) eyni məzmunda sülh bağladılar".əl-Yəqubi, II 194–195

Beləliklə, 643–644-cü illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisinin yalnız cənub və Dərbəndədək Xəzər sahili torpaqlarını tuta bildilər. Lakin bu işğalın özülü hələ möhkəm deyildi. Hətta 644–645-ci illərdə, xəlifə Ömərin ölümündən sonra mərkəzdə baş verən siyasi sabitsizlikdən istifadə edən azərbaycanlılar üsyan edərək, ərəblərin onlarla bağladıqları müqavilələrin şərtlərini yerinə yetirməkdən imtina etdilər. Xilafətin yeni başçısı Osmanın Azərbaycana göndərdiyi sərkərdə Vəlid ibn Uqbənin rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin Azərbaycana yeni – ikinci yürüşü başlandı. Bu yürüşdə birinci yürüş zamanı ad çıxarmış Salman ibn Rəbiə və Abdallah ibn İubeyl kimi sərkərdələr iştirak edirdilər.

Abdallahın başçılıq etdiyi dörd minlik qoşun Muğan, Bədr və Taylasana (Talışana) soxularaq bu Xəzəryanı torpaqları yenidən işğal etdi, qənimət və əsirlərlə əl-Validin qərargahına qayıtdı. Azərbaycan (cənub hissəsi) yenidən işğal, köhnə müqavilə isə bərpa edildi. Müqavilənin şərtlərinə görə, azərbaycanlılar təzminatla yanaşı 800 min dirhəm verməyə boyun oldular.