Şakir Şamil oğlu Salahov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Şakir Salahov 15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur.

Təhsili Şakir Salahov 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının fizika–riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olub.

Cəsur döyüşçü Birinci Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir xeyli sayda qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar–Cəmilli kəndləri arasındakı "Darlı" adlanan yerdə "UAZ" markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu. Erməni quldurlarını taparaq məhv edən Şakir şəhidlərin qanını yerdə qoymadı. 1992-ci il 28 yanvar Ağdam, Şuşa istiqamətində uçan vertolyot ermənilər tərəfindən vuruldu, ermənilərə əsir düşməmək üçün vertolyotdan hər kəs özünü ataraq həlak edirdi, onların arasında Şakir Salahov da var idi.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bərdə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Həmçinin bax Birinci Qarabağ müharibəsi Xocalı soyqırımı Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması

Mənbə Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 252.

İstinadlar

Xarici keçidlər Səda - Milli Qəhrəman Şakir Salahovun doğum günüdür (15.06.2016)

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Şuşa rayonunda vəfat edənlər Kateqoriya:Bərdə Şəhidlər Xiyabanında dəfn olunanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycandakı helikopter qəzalarında ölənlər