Bəhram Əhməd oğlu Nərimanov () — akrobat, Əməkdar bədən tərbiyəsi və idman xadimi. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti.
Həyatı 1959–1972-ci illərdə Azərbaycan yığma komandasının baş məşqçisi olub.
1960–1972 və 1994–2000-ci illərdə Azərbaycan İdman Akrobatikası Federasiyasının sədri vəzifəsində çalışıb. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti olub.
80-dan çox elmi məqalənin müəllifi idi.
Bəhram Nərimanov 10 iyun 2010-cu ildə 77 yaşında vəfa edib.
Təltifləri Azərbaycanda idman akrobatikası üzrə ilk SSRİ idman ustası adını alıb.
06.04.2001-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İstinadlar