Balakən — Azərbaycan Respublikasının Balakən rayonunun Balakən şəhər inzibati ərazi dairəsində şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. Arxivləşdirilib.
Tarixi Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi.
Tarixi abidələri Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Coğrafiyası və iqlimi Balakən şəhəri Qanıxçayın bir qolu olan Balakən çayının sahilində, Böyük Qafqazın dağətəyilərində yerləşir. Şəhər Yevlax dəmiryol qovşağından 178 kilometr şimal-qərbə, Yevlax-Laqodexi şosesində üzərində yerləşir.
Əhalisi Şəhərdə əhalinin 85%-ni azərbaycanlılar , 14%-ni avarlar və 1%-ni digər xalqların nümayəndələri təşkil edir .SİLESER (Summer Institute of Linguistics Electronic Survey Reports 2005) İnternational :The Sociolinguistic Situation of the Avar in Azerbaijan
İqtisadiyyatı thumbnail|Dağ üstü parkdan (Heydər Əliyev adına park) görünüş Balakən şəhərində bir neçə zavod fəaliyyətdədir. Bunlar Konserv zavodu Beton konstruksiyaları zavodu Heyvandarlıq məhsullarının istehsalı üzrə zavod
1985-ci ildə Balakəndə Yevlax-Balakən dəmiryol xəttinin son stansiyası tikilmişdir.
Qalereya </center>
İstinadlar
Kateqoriya:Balakən rayonunun şəhərləri