Aşıq Arzuman (Arzuman Xıdır oğlu Əliyev; ) — azərbaycanlı aşıq, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı Aşıq Arzuman 23 iyul 1966-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlmişdir. 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunmuşdur. 1986-cı ildən 1988-ci ilə qədər hərbi xidmətdə olmuş və 1991-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur.

Arzumanın aşıq sənətinə böyük həvəsi olduğundan özü bu sənəti öyrənmişdir. Ustad dərsi almasa da, o, saz çalmağı və ifa etməyi məharətlə bacarmışdır. Məlahətli səsə malik Aşıq Arzuman xeyli saz havalarını bilməklə yanaşı bir neçə dastan da bilirdi.

Aşıq Arzuman 5 iyun 2010-cu ildə 44 yaşında Bakı şəhərində ürək dayanmasından vəfat etmiş və Bakıxanov qəsəbəsində dəfn olunmuşdur.

Mənbə Araz Yaquboğlu. "Daşkənd aşıqları və şairləri", Göyçə məşəli qəzeti. № 07(07). 24 aprel 2009-cu il.

Xarici keçidlər Aşıq musiqisi Şahsevəni havasında Qurbaninin sözlərini Aşıq Arzuman və Aşıq Firudin oxuyurlar Aşıq Arzuman oxuyur

İstinadlar

Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar