Saatlı — Azərbaycan Respublikasının Saatlı rayonunun Saatlı şəhər inzibati ərazi dairəsində şəhər, Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir.Saatlı Böyük Sovet Ensiklopediyası

Adı Saatlı adının mənşəyi Səədli oymağından gəlir, bu oymağın daşıdığı bu ad Qaraqoyunlu boy bəyindən almışdır.Çingizoğlu, Ə. Şuşa şəhəri (1750–1850) / Ənvər Çingizoğlu; red. V.Quliyev. – Bakı: Şuşa, 2009. – 247, s. Bundan başqa, Saatlı toponimi izah edən bir neçə xalq etimologiyası var. O cümlədən, "Seatlı" (beşatlı), "Saya atlı", "Suatlı yer" və "Səhhətli yer". Başqa bir xalq etimologiyasına görə, Muğanda saatı ilk gəzdirən insan bu ərazidə yaşamışdır.Afad Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. I cild , s. 119-120

Tarixi Əvvəllər saatlılar Arpaçayın aşağı axarı və Arazın sağ sahillərində yaşayıb, XV əsrin 30-cu illərində ayrımlarla qarışaraq Qazax–Borçalı zonasında kök salıblar. Bu boy/tayfa Qaraqoyunlu dövləti dağıldıqdan sonra İrəvan ətrafına,sonra Borçalı ərazisinə, 1759-cu ildə feodal münaqişələrinə görə bölünərək Gəncəyə və Qarabağ xanlığına (Cavanşir mahalı və Şuşa şəhəri) köçmüşdür.Müəllif: Çingiz Qacar. Şərq-Qərb nəşriyyatı. 2019-cu il. 344 səh.Qarabağ – irsimizin əbədi yaddaşı / [ideya və ön sözün müəl. Ə.Qarayev; red. və sözardının müəl. T. Vəliyev; fotolar. H. Hüseynzadə və b.]; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. – Bakı: [s.n.], 2008. – 379, s

Şuşa şəhərində yaşadıqları məhəllə isə öz adları ilə "Saatlı" (Saatlı məhəlləsi) adlandırılıb.

Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ilə əlaqədar Qarabağ xanı İbrahimxəlil xan bu tayfanı müvəqqəti olaraq Şirvan xanlığı ərazisinə köçürmüşdür. Amma Şirvan xanı Mustafa xanın güzəştli vergi və imtiyazlarına görə geri qayıtmamışlar. İndiki Saatlı rayonunun ərazisi Şirvan xanlığına aid Muğan mahalının bir hissəsi idi.

İndiki Saatlı şəhəri ilk olaraq oba (köçəri icma) olaraq xarakterizə edilmişdir.ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29 Ümumi Azərbaycanda tayfalar/oymaqlar oturaq həyat tərzinə keçdiyindən sonra Saatlı kəndə çevrilmişdir. thumb|400px|Səədli/Saatlı oymağının yayılma arealı Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır.Azərbaycan SSR-in qanunları və Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fərmanları toplusu: 1938-1966

Əhali "Qafqaz təqvimi "nin məlumatına görə, 1910-cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.

Şəkillər

İstinadlar

www.saatlinews.com

Kateqoriya:Saatlı rayonunun şəhərləri