Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur.
Həyatının ilk dövrləri Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür.Bausani, A. (1999). "Bāb". Encyclopedia of Islam. Leiden, The Netherlands: Koninklijke Brill NV.Balyuzi, H. M. (1973). The Báb: The Herald of the Day of Days. Oxford, UK: George Ronald. pp. 30–41. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi.Balyuzi, H. M. (1973). The Báb: The Herald of the Day of Days. Oxford, UK: George Ronald. p. 32 Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir.MacEoin, Dennis (1989). "Bāb, Sayyed `Ali Mohammad Sirazi". Encyclopædia Iranica. Təxminən 15–20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir. Müasirləri onu belə təsvir edirdilər ki, çox sakit, əgər buna ciddi ehtiyac yaranmadıqca bəzən bir kəlmə belə kəsməyən, bəzən ona yönəlmiş suallara belə cavab verməyən, daim təfəkkürə qərq olmuş və müqəddəs ayələri zikr edən biri. Həmçinin incə saqqallı, təmiz paltar geyinən, çiynində yaşıl şalı və başında qara sarığı olan yaraşıqlı bir gənc.Hajji Muhammad Husayn, quoted in Amanat, Abbas (1989). Resurrection and Renewal: The making of the Babi Movement in Iran, 1844–1850. Ithaca: Cornell University Press. pp. 132–33. Başqa bir müasiri isə onun haqqında belə deyirdi: "Çox zərif və nəzakətli, yaraşıqlı bir gənc, boyu hündür olmayan və farslarla müqayisədə olduqca ədalətli, qeyri-adi avazlı səsə sahib biri, hansı ki, mənə çox təsir etmişdir."H. M. Balyuzi, The Bab – The Herald of the Day of Days, p. 146
1842-ci ildə 23 yaşında olarkən 20 yaşlı Xədicə-bəyim (1822–1882) ilə evlənir. Xədicə-bəyim tanınmış bir tacir qızı idi. Ailə həyatları çox uğurlu olmuşH. M. Balyuzi, Khadijih Bagum – Wife of the Bab, evliliklərindən bir övlad dünyaya gəlmiş, Əhməd adlı bu uşaq 1843-cü ildə vəfat etmişdir. Mütəvaze cütlük Şirazda sadə bir evdə, Babın anası ilə birgə yaşayırdılar.
Şeyxilər cərəyanı 1790-cı illərdə İranda Şiə İslamının içində Şeyx Əhməd Əhsai yeni bir hərəkatın yaranmasına səbəb olur. Onun "şeyxi" adlanan ardıcılları şiələrin "Qaim" adlandırdığı vəd olunmuş Mehdinin tezliklə zühur edəcəyini gözləyirdilər. Şeyx Əhmədin vəfatından sonra şeyxilərin rəhbəri Seyid Kazım Rəşti oldu. 1841-ci ildə Bab İraqa səfər edir və 7 ay ərzində Kərbəla və onun ətrafında olur.Balyuzi, H. M. (1973). The Báb: The Herald of the Day of Days. Oxford, UK: George Ronald. p. 41. Burada o ümid edir ki, şeyxilərin rəhbəri Seyid Kazım ilə görüşə biləcək, hansı ki, sonradan Seyid Kazım onu görəndə ona qeyri-adi ehtiram göstərir. Güman edilir ki, o hətta Seyid Kazımın dərslərində də müridlərin saflarında gəlib oturmuş və dərs prosesini izləmişdir, hərçənd bu haqda heç bir tarixi sənədlər yoxdur. 1843-cü ildə vəfatından öncə Seyid Kazım öz müridlərinə evlərini tərk etmələrini və Mehdini axtarmağı vəsiyyət etmişdi, hansı ki, onun kəhanətinə görə onun vəfatından dərhal sonra o ortaya çıxmalı idi. Onun şagirdlərindən ən məşhuru Molla Hüseyn 40 gün ərzində inzivaya çəkilib məsciddə dua və ibadət etdikdən sonra İranın cənubuna, əvvəlcə Buşehrə, ordan isə Şiraza yollanır, harada ki, o Babla qarşılaşır.H. M. Balyuzi, The Bab – The Herald of the Day of Days, p. 13
Babın elanı Molla Hüseyn Şiraza çatanda onunla birgə gələn yoldaşlarını şəhərə göndərir, özü isə şəhər divarının bayırında dayanır. Bu zaman yaşıl çalmalı (bu onun seyid olduğunu göstərirdi) bir cavan ona yaxınlaşır və Molla Hüseyni öz evinə dəvət edir. Sonralar Molla Hüseynin nəqlinə görə, naməlum gəncin nəzakəti, dostcasına danışığı və səliqəli geyimi Molla Hüseynə çox yaxşı təsir bağışlayır və onun təklifini qəbul edir. Onlar birlikdə evə gedirlər. Ev sahibi şəxsən özü qonağın qulluğunda durur. Seyid Əli Məhəmməd Molla Hüseyndən səfərinin məqsədini soruşur, ev sahibinin səmimiyyətindən və nəzakətindən təsirlənmiş Molla Hüseyn ürəyinin ən böyük arzusunu ona açır, bildirir ki, o vəd olunmuş Şəxsin axtarılması ilə bağlı Seyid Kazımın vəsiyyətini yerinə yetirməməkdir. Seyid Əli Məhəmməd ona bildirir ki, vəd olunmuş Şəxs və bu dövr üçün ilahi biliyin qaynağı məhz odur. Bu ilk görüşdə Molla Hüseyn bu iddianı qəbul edir və Babın ilk ardıcılı olur. Babın görüş ərzində cavabları Molla Hüseyn üçün qaneedici olur və bu görüşdə Bab Quranın Yusif surəsinin şərhini yazmağa başlayır, hansı ki, bu əsər sonradan "Qəyyum`ül-Əsma" adlanır.
"Ey Mənə birinci iman gətirmiş! – məhz bu sözlərlə O, Molla Hüseynə müraciət edir – "Mən, həqiqətən deyirəm, Mən Babam, Mən Allahın qapısıyam!"
"Bab" sözü ərəbcə "qapı" mənasını bildirir. Bununla da Bab Özünü Sülh və Ümumdünya qardaşlığının Yeni Erasının qapısı kimi təqdim edirdi.
Molla Hüseyn onu axtaran dostlarını və vaxtı unudaraq bütün gecəni oturub, Babın söhbətinin davamına qulaq asır. Bab deyir: "Məni əvvəlcə on səkkiz adam, bir-birindən xəbərsiz, öz ürəklərinin səsi ilə tanımalıdırlar. Çağırışsız və dəvətsiz, bir-birlərindən asılı olmadan, onların hamısı mənə olan yollarını tapacaqlar".
Şiraz məscidlərində səhər azanı veriləndə Molla Hüseyn Babın evini tərk edir. Sonralar Molla Hüseyn həmin gecə haqqında nəql edirdi: "O gecə qəflətən mənə ayan olmuş ilahi Əmrin həqiqəti ildırım kimi bir müddət mənim vücudumu sarsıtdı. Gözlərim Onun işığından qamaşırdı, Onun fövqəladə gücü bütün varlığıma hakim kəsilmişdi. Həyəcan və sevinc, qorxu və heyrət qəlbimi bürümüşdü. Eyni zamanda özümdə təsvirə gəlməyən bir yüngüllük və qüvvə hiss edirdim. İlahi Əmri dərk etməzdən öncə o qədər zəif və gücsüz idim ki, deyiləsi deyil. Bir şey yaza bilmirdim, yol yeriyə bilmirdim, əlim-ayağım həmişə əsir və titrəyirdi (Molla Hüseyn bütün həyatını oxumaq və öyrənməyə sərf etdiyi üçün fiziki cəhətdən olduqca zəif idi). Amma İlahi Əmrin Məzhərini tanıdıqdan sonra mənim vücudumda cahilliyin yerini ilahi bilik, zəifliyin yerini qəribə bir güc və qüvvət tutdu. Mənə elə gəlirdi ki, fövqəladə bir gücə malikəm, əgər bütün dünya, bütün insanlar mənə qarşı çıxsa, təkbaşına hamıya qələbə çala bilərəm. Dünyadakı bütün şeylər mənim gözümdə bir ovuc torpağa dönmüşdü".
Hürufi-Həyy Molla Hüseyn Babın ilk ardıcılı olmuşdu. Bundan sonrakı 5 ay ərzində şeyxilər arasından daha 17 nəfər dəvətsiz, bir-birindən xəbərsiz Babı tapdılar və qəbul etdilər. Onların arasında bir qadın da var idi, donradan Tahirə (Pak) adlandırılan şairə Fatimə Zərrintac Bərəğani. Babla birlikdə 19 nəfər olan bu qrup Bab tərəfindən "Hürufi-Həyy" (Canlı Allahın hərfləri) adlandırılırlar və onların ilk vəzifəsi bu yeni dəvəti İran və İraq ərazisində yaymaq idi. Lakin Hürufi-Həyy-dən biri olan Qüddusu seçərək Bab özü Məkkə və Mədinəyə yola düşür. Bab Məkkədə Kəbə Evinin yanında özünün Qaim Mehdi olmasını kütləvi elan edir və onu eşidənləri dəhşətə gətirir.Balyuzi, H. M. (1973). The Báb: The Herald of the Day of Days. Oxford, UK: George Ronald. p. 71–72 Orada həmçinin o Məkkə Şərifinə məktub yazır və onu bu yeni təlimi qəbul etməyə dəvət edir. İrana qayıdarkən o Kufə şəhərinə gedir və dəvəti orda da elan edir. İrana çatanda o əvvəlcə Buşehrə gedir, ordan isə yenidən Şiraza qayıdır.
Babın iddiaları Bab ilk vaxtlarda özünü Mehdinin qapısı kimi tanıdırdı, lakin bir müddətdən sonra o Mehdinin özü olduğunu deməyə başlayır.Amanat, Abbas (2000). "Resurgence of Apocalyptic in Modern Islam". In Stein, Stephen J. The Encyclopedia of Apocalypticism, vol. III: Apocalypticism in the Modern Period and the Contemporary Age. New York: Continuum. pp. 241–242 İllər sonra Bəhaullah qeyd edir ki, Bab öz məqamını insanlara tədricən açırdı. Çünki İran cəmiyyəti üçün vəd olunmuş Şəxslə xalqa arasında qapı statusunda olmağı elan etmək belə dəhşətli idi və Bab həqiqətin üzərindən pərdəni tədricən qaldırırdı. Eləcə də onun Molla Hüseynlə ilk görüşünün tarixçəsindən də görsənir ki, o özünü sadəcə Seyid Kazımın bir canişini və ya Mehdinin naibi (qapısı) saymır, özünü vəd olunmuş Şəxs və peyğəmbər statusunda təqdim edir.Amanat, Resurrection and Renewal, 171. Onun qələmindən çıxan ilk yazı olan Yusif surəsinin şərhi — Qəyyum`ül-Əsma da Quran tərzində olmaqla, onun statusu haqqında təəssürat oyadırdı.Amanat, Resurrection and Renewal, 230–31. Onun 2-ci ardıcılı olan Molla Əli Bəstami İraqdakı təbliğinə görə ruhanilər tərəfindən mühakimə olunanda, onun Babın ardıcılı olması, əlindəki "Qəyyum`ül-Əsma"dan olan hissələrin isə Babın Allahdan vəhy aldığı iddiasında olmasına sübut kimi qəbul olunmuşdu. Molla Əli Bəstami ruhanilərin qərarı ilə öldürülən ilk babi olmuşdu. Şagirdlərinin anlayışı tədricən inkişaf etdikcə Bab da həqiqətləri onlara açırdı. Son olaraq o öz məqamının bir peyğəmbərdən aşağı olmadığını bildirdi.
İranda babilər hərəkatı Babın ardıcılları onun təlimini yaymaq sevinci ilə ölkənin müxtəlif yerlərinə yola düşürlər. Onların insanlara çatdırdıqları müjdə İranda qeyri-adi həyəcana səbəb olur. Müjdəni dinləmək üçün hər yerdə insanlar dəstə-dəstə toplaşır, Babın şöhrəti isə gündən günə artırdı; dövlətli və kasıb, savadlı və savadsız, şəhərli və kəndli, hamı eyni dərəcədə imkan daxilində onun haqqında çox eşitmək və çox bilmək istəyirdi. Bir neçə nüfuzlu din xadimi də Babın ardıcılına çevrilir. Tezliklə bu gəncin söhbəti ildırım sürətilə bütün ölkəyə yayılır və İranda kütləviliyinə görə tarixdə görünməmiş babilər hərəkatını törədir. On minlərlə insan bu hərəkata qoşulur.Smith, Peter (2000). "Báb". A concise encyclopedia of the Bahá'í Faith. Oxford: Oneworld Publications. pp. 55–59.
Bab, yeni təqvim tətbiq edərək, Günəş ilini bərpa edir və Yeni Eranın başlanğıcını özünün zühur etdiyi ildən (1844) qoyur.
Babın belə bəyanatları hakim dairələri təşvişə salır və bu, hərəkatı məhv etməkdən ötrü göstərilən cəhdlərin getdikcə daha amansız xarakter almasına gətirib çıxarır. Hökumət və ruhanilər hərəkata qarşı ciddi tədbirlər görməyə başlayırlar. Şirazda Qüddusu və Babın ardıcıllarından olan bir nəfər yaşlı şəxsi ələ keçirirlər; onların saqqalını yandırırlar, burun dəliklərində deşik açaraq ip keçirirlər və bu vəziyyətdə Şirazın küçələrində gəzdirirlər. Sonra vəhşicəsinə döyüb, təkrar Şiraza qayıtdıqda çarmıxa çəkəcəkləri ilə hədələyib şəhərdən qovurlar. İranın hər yerində babilərə qarşı qızğın təqib dalğası baş qaldırır. Babın özü isə tutularaq ev dustağı edilir. İğtişaşların səbəbini təhqiq etmək və Babın iddiasını araşdırmaq məqsədilə İran şahı Məhəmməd şah Qacar şəxsən etibar etdiyi Seyid Yəhya Darabini — kifayət qədər yüksək təhsilə malik, hörmətli və nüfuzlu din xadimini ölkənin cənubuna göndərir. Bab ilə olan üç görüşdən sonra Seyid Yəhya onun iddialarını qəbul edir, onun ən sədaqətli ardıcılına çevrilir və onun təlimini yaymağa başlayır. Daha sonralar Bab Seyid Yəhya Darabiyə "Vahid" ləqəbini verir. Vahid Babilər hərəkatının 3 qızğın mərkəzindən birinə çevrilən Neyriz hadisələri zamanı öldürülür.