Nimfalar və Satir () — tanınmış rəssam Vilyam Buqro tərəfindən 1873-cü ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri.
Əsər 1873-cü ildə Parisdə tamamlanmışdır. Bir il sonra impressionistlər Buqronun stilindən tamamilə fərqlənən əsərlərdən ibarət sərgi təşkil etdilər.
Əsər on doqquzuncu əsrin sonlarında Sterling Klark tərəfindən Nyu-York şəhərində, "Hoffman House Hotel"in barında aşkarlanmışdır. Klark yenidən kəşf etdiyi bu əsəri 1930-cu ildən 1943-cü ilə kimi özündə saxlamışdır. Əsər hazırda Massaçusets ştatının Vilyamstaun şəhərində Klark Mədəniyyət İnstitutunun muzeyində sərgilənir.
Əsərdə gölməçədə çimən dörd nimfa və onları xəlvətcə güdən bir satir təsvir edilmişdir. Şəkildə, nimfalardan üçünün satiri gölməçəyə doğru çəkdiyi, digər birinin isə başqa nimfaları da onlarla birgə əylənçməyə çağırdığı görünür.
Həmçinin bax
Vilyam Adolf Buqro əsərləri
Xarici keçidlər Klark İncəsənət İnstitutu: Nimfalar və Satir Vilyam Adolf Buqro veb muzeyi
Kateqoriya:Vilyam Buqronun rəsm əsərləri Kateqoriya:1873-cü ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Yunan miflərini əks etdirən rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər