Məzmun Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır.

"Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar.

Festivallar və mükafatlar 1)1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalı Film mövzunun orijinal həllinə görə xüsusi Diploma layiq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Arif Qazıyev Quruluşçu rejissor: Arif Qazıyev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Səs rejissoru: Tofiq Mirzəyev Rejissor assistenti: Nurəddin Tağıyev Operator assistenti: B.Zamçinski, Fazil Hadıyev Montaj üzrə assistent: L.Sidorova Filmin direktoru: P.Mejlumbekov Konsertmeyster: Q.Bayramov Rəqs qrupu: Z.Camalova, Q.Qurbanov, T.Əliyev, V.Əsədov, R.Əzizov

Filmdə iştirak edənlər Əhməd Bakıxanovun idarəsi ilə Xalq Çalğı Alətləri Ansamblı Əbülfət Əliyev Əlibaba Məmmədov İslam Rzayev Arif Babayev

İstinadlar

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1967-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:Rusca filmlər