Balxan dağları — Türkmənistanın qərbində Uzboy dərəsi ilə ayrılan dağ silsilələri

Böyük Balxan dağlarının hündürlüyü 1880 m, uzunluğu 70 km-ə qədərdir. Yura və Tabaşirin əhəngdaşı və qumdaşılarından ibarətdir.

Kiçik Balxan dağlarının hündürlüyü 777 m, uzunluğu 30 km-ə qədərdir. Əsasən, əhəngdaşı və merkeldən ibarətdir. Yamaclarında səhra (seyrək halda) və çöl bitkiləri bitir. Bəzi yerləri əkin üçün istifadə olunur.

İstinadlar

Kateqoriya:Türkmənistan dağları