Nikolay Nikolayeviç Kryukov (; ) — Sovet teatr və kino aktyoru, RSFSR-in əməkdar artisti (1991)Указ Президиума Верховного Совета РСФСР от 13 мая 1991 г. "О присвоении почетного звания "Заслуженный артист РСФСР" артистам кино".

Həyatı Nikolay Kryukov 1915-ci ildə Tver quberniyasında anadan olmuşdur. Bir müddət "Sevkabel" zavodunda çalışmışdır. 1935-ci ildə M.Qorki adına Leninqrad Böyük dram teatrı studiyasını bitirmişdir. Leninqrad, Tbilisi, Riqa kimi şəhərlərin teatrlarında müxtəlif həcmli rollar ifa etmişdir. 1958-ci ildən "Lenfilm" kinostudiyasının aktyoru kimi çalışmağa başlamışdır. Kinoda fəaliyyəti onu daha çox məşhurlaşdırmışdır. İlk ən çox tanınan obrazı "Sonuncu qarış" filmində ifa etdiyi təyyarəçi Ben Esli rolu olmuşdur. Aktyor bu rola görə Ümumittifaq kinofestivalında ilin Ən yaxşı kişi roluna görə mükafat əldə etmişdir.

Nikolay Nikolayeviç Kryukov 1993-cü ildə Sankt-Peterburqda vəfat etmişdir.

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1938 Dəniz postu 1939 Dördüncü periskop matros1953 Gəmilər istehkama hücum edir 1957 Qeyri-adi yay sədr1958 Sonuncu qarış təyyarəçi Ben Esli1959-1961 Oyanmış torpaq Tim Borodin1960 Onların on doqquz yaşı vardı podpolkovnik Semyon Trofimoviç Lepko1960 Təkərli qala Valter fon Lütvis1960 Adi əhvalat Qarqanton1960 Qasırğadan güclü kapitan Belous1960 Mülayim qız polkovnik1962 Antarktidanın qanunu baron de Jeveren1962 Boş reys təyyarəçi Volkov1963 Mandat Xmel ata1963 Ölümsüzlükdən üç sutka sonra Zaxar Petroviç Proxorov1963 Nyuton küçəsi, ev 1 Rasteqayev1964 Strationun qızı İvan Timofeyeviç Stration1964 Kosmik ərinti Qriqori Petroviç1965 Təmiz göllər mayor Rjanov1965 İnanmaq istəyirəm Semyon Qriqoryeviç Semçuk1965 Yoxlanılıb — mina yoxdur 1966 İyirmialtılar ingilis konsulu1966 İki il uçurum üzərindən SimonovSobolyev1966 Vəhşi sahildə 1966 Nazik buz boyunca alman casusu polkovnik Dunkel1967 Andromedanın dumanlılığı Erq Noor1967 Ruhən güclü 1967 Bu günü yadda saxlayacağıq 1968 Onore de Balzakın səhvi Viktor Hüqo1968 Mində bir şans Dviqubski1969 Onun adı Bahardır baş həkim1969 Dağlar kralı və başqaları İvan1969 Həmin gecə Şüvül1969 Şəfəqə qədərki gecə polkovnik1970 Berinq və onun dostları haqqında ballada F.M. Apraksin1970 Axşam da oldu, səhər də… zabit1970 İmperiyanın iflası general Xabalov1970 Əbədiyyət elçiləri 1971 Cökə ağaclarının altındakı şəhər Meşkov1971 Uçuşa icazə verin! epizod1971 Şahidin itməsi müstəntiq Yuri Stepanoviç1972 Qısa gündə uzun yol 1972 Üfüqə gedənlər İvan Nikodimıç Şulmanov1973 Sannikov torpağı dəniz zabiti1973 Buludlar 1973 Ağıllı şeylər qoca, "Ağıllı şeylər"in sahibi1973 Bəs siz nə vaxtsa sevmisiniz? iki nəvəsi olan baba1973 Ağaclardakı paraşütlər Avqust Şillyat1974 Tunc quş kubalı kommunist1974 Həmin uzaq yay Rudolf1974 Xoşbəxt olmaq istəyirsənsə 1975 Bu Mejqoryedə baş vermişdi Sinyavin1975 On bir ümid Konstantin Lapşin1976 Yelkən altında ölüm İen Keypl1977 Burun məmur1977 Məni gözləyin, adalar! 1977 Xüsusi diqqət ərazisində qoca meşəbəyi1978 Qızıl yırtıcıların yürüşü Stepan Mitrofanoviç Provorov1979 Akvanavtlar Komandor1979 Naməlum qız qoca1980 Petrovka 38 Averyan Proxoroviç1980 Şerlok Holms və doktor Vatsonun macəraları polkovnik Moran1981 Qız və Qrand İvan Nikonoviç1981 İki sətir kiçik hərflərlə kafedəki sosialist1980 Qum təpələrində uzun yol Pyotr Nikodimıç Yefimov1981 20 dekabr general Kaledin1981-1982 Gənc Rusiya Yarl Yulenşerna1982 Xəzinələr adası Tom Morqan1982 Yaddaş formulu qoca1982 Manevr üçün məkan komissiya üzvü1983 Canavar çalası Nikolay Afanasyeviç Timofeyev1983 Məhvolmadan yeddi saat əvvəl epizod1983 Berliozun həyatı kral1983-1986 Anna Pavlova İsveç kralı II Oskar1984 Asfalt üzərində ağaclar Nikita Semyonoviç Qoreski1985 Yerə qədər baş əy 1985 Qum-Qam akademik1985 Sofya Kovalevskaya Sofyanın atası general Korvin-Krukovski1986 Solaxay təkgöz admiral1987 Gümüşü simlər kamerger Filippov1987 Bıçaqsız qılınclar 1987 Gecənin sonunda 1988 Çörək — isimdir İvan Poletayevin atası1989 Vrubel haqqında etüdlər 1989 Qeyri-təcili bahar Lukyan1990 Monastır gölündə qətl 1990 Cəllad Olqanın babası1991 Utanmazlar bukinist1991 Bağışla bizi, ögey ana Rusiya İvan İvanoviç Rojnov1991 Yaxşı uşaq ili 1992 Ağ paltarlar Stefan İqnatyeviç Vonlyarlyarski1992 O özününkünü alacaq cənab Forrest1992 Sirr 1992 Məbədin təqdisi 1992 22 iyun, düz saat 4-də… Braginin atası

İstinadlar

Xarici keçidlər

Могилы знаменитостей. Николай Николаевич Крюков

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Rusiya teatr aktyorları