Varlı Həyat (1990-cı ilədək Orconikidze) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeni Göyçə kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Yaşayış məntəqəsini 1927-ci ildə indiki Aşağı Çaykənd kəndindən köçmüş ailələr binə yerində salmışlar. Əvvəllər Buxarin, bir müddət Novaya Zarya, 1929-cu ildən isə Orconikidze adlanırdı. 1990-cı ildə rəmzi olaraq indiki ad verilmişdir.
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun kəndləri