Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Şorbaçı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Pirsaat çayının sahilində, dağətəyi sahədədir. Keçmişdə Paşalıkənd də adlanmışdır. Etnotoponim hesab olunur. 1876-cı ildə 36 ailədən ibarət olan bu kənd XIX əsrin axırlarında böyüyərək iki yerə ayrılmışdır. Bu kənddən İkinci Paşalı kəndi ayrıldıqdan sonra kəndin adının əvvəlinə birinci sözü artırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Həmçinin bax Hacıqabul rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Hacıqabul rayonunun kəndləri