Sofulu — Azərbaycan Respublikasının Qazax rayonunun Barxudarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biridir.
Tarixi 29–30 iyun 1990-cı il tarixlərində Sofulu kəndi Ermənistan SSR ərazisindən erməni silahlıları tərəfindən atəşə tutulmuşdur. Kənddə yerləşdirilmiş sovet qoşunları buna reaksiya verməmişdir.
Kənd 4 gün mühasirədə qaldıqdan sonra 27 aprel 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Toponimikası Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulular keçmişdə yayı indiki Ermənistanın Sisyan rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onlann oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 182 nəfər əhali yaşayır. Əhalinin 80 nəfəri kişilər, 102 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmış şəxsləri Vilayət Hacıyev (d. 1950) — Azərbaycan filoloqu, tərcüməçi, dosent, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr
Kateqoriya:Qazax rayonunun kəndləri Kateqoriya:Eksklavlar
Kateqoriya:Tavuş mərzinin yaşayış məntəqələri Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Anklavlar Kateqoriya:Mübahisəli ərazilər