Məlikballı Qurban () — XIX əsr Azərbaycan şairi və aşığı.

Həyatı Məlikballı Qurban XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Mədrəsə təhsili almışdır. Aşıq şeiri üslubunda şeirlər yazmışdır. S. Mümtaz "El şairləri" kitabında Məlikballı Qurbanın qoşma, müxəmməs, təcnis və s. formalı şeirlərini vermişdir. F. Qasımzadə onu həm xalq şeiri, həm də klassik üslubda yazan sənətkar kimi təhlil etmişdir. XIX əsrdə xalq şeiri üslubunda yazıb-yaradan şairlər sırasında daha çox təhlil olunur. Şeirləri "Azərbaycan aşıqları və el şairləri" kitabında və digər toplularda verilmişdir. Onun məşhur "Vücudnamə"si aşıqlar arasında geniş yayılmışdır."Ozan-aşıq ensiklopediyası". 2 cilddə, Aşıqlar Birliyi, "Gənclik" nəşriyyatı, II cild, Bakı, 2020, s. 69.

Əsasən aşıq poeziyası səpgisində şerlər qoşmuşdur. Klassik üslubda müxəmməs, qəzəl, müstəzadları da var, şeirlərində məhəbbət və gözəlliyin tərənnümu ilə yanaşı dövrandan şikayət motivləri də mühüm yer tutur."El şairləri" kitabında (toplayanı S. Mümtaz) h-1–2, B. 1935

İstinadlar

Kateqoriya:Azərbaycanlı şairlər