Şilim — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kənarmeşə inzibati ərazi vahidinin tərkibində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 388 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Bəzi tədqiqatçıları görə, oykonim talış dilindəki sillim (dənizin döyəclədiyi yer) sözünün təhrifə uğramış formasıdır. Yaşayış məntəqəsi ləpədöyəndə yerləşdiyi üçün belə adlandırılmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
Tarixi 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
İstinadlar
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri