Ağdamkənd — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonununun Ağdam şəhərinin ərazisində keçmişdə mövcud olmuş kənd.
Tarixi Ağdamkənd Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Ağdamkənd su anbarı kəndin yaxınlığındadır. Oykonim Ağdam (rayonun ərazisindəki dağın adı) kənd (yaşayış məntəqəsi) sözlərindən düzəlib, kəndin ərazisindəki dağın adını əks etdirir. Ağdamkənd Ağdam rayonu, Sarcalı Dəvəbatıran və s kəndlər ilə həm sərhəddir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Ağdamkənd kənd statusunda idi və Ağdam rayonunun Ağdamkənd kənd Sovetinin mərkəzi idi. Həmin il üçün, Ağdamkənd kənd Sovetinə həmçinin Sarıcalı, Qaradağlı, Qarazeynallı və Qullar kəndləri də daxil idi.
Azərbaycan SSR prezidenti Mütəllibovun 6 iyun 1990-cı il tarixli fərmanı ilə, Ağdam rayonu üzrə Sarıcalı kəndi mərkəz olmaqla Sarıcalı kənd Sovetinin yaradılması qərara alınmışdı. Bu fərman ilə, Sarıcalı, Qarazeynallı, Qullar kəndlərinin Ağdamkənd kənd Sovetinin tərkibindən Sarıcalı kənd Sovetinin tərkibinə verilməsi, Ağdamkənd kənd Soveti yaşayış məntəqələrinin Ağdam şəhərinə qovuşması ilə əlaqədar olaraq Ağdamkənd kənd Sovetinin ləğv edilməsi, ləğv edilmiş Ağdamkənd kənd Sovetinin Ağdamkənd və Qaradağlı kəndləri isə Ağdam şəhəri ilə qovuşduğuna görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılması qərara alınmışdı. Bu fərman Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdi. Hal hazırda, Sarıcalı, Qarazeynallı və Qullar kəndləri Azərbaycanın Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsinə daxildirlər, Sarıcalı kəndi də bu kənd inzibati ərazi dairəsinin mərkəzidir, keçmiş Ağdamkənd kənd Sovetinin təkibində olmuş Ağdamkənd və Qaradağlı isə Ağdam rayonunun yaşayış məntəqələri siyahısanda qeyd olunmur.
Ağdamkənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılmışdı.
Həmçinin bax Ağdamkənd su anbarı
İstinadlar
Kateqoriya:Ağdam rayonunun ləğv olunmuş kəndləri