Pəncərə — İsi Məlikzadənin Dolaşaların Novruz Bayramı povestin əsasında 1991-ci ildə çəkilmiş Azərbaycan dram filmi.
Məzmun Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev) yeganə çıxış yolunu tapır.
"Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır.
Film haqqında Film Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana... Allah-Təala qiyamət günü əzab verməz". Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür. Filmin ideyası 1987-ci ildə yaranmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Həsən Əbluc, Ənvər Əbluc Quruluşçu operator: Elxan Əliyev Quruluşçu rəssam: Rasim Nəzirov Bəstəkar: Mobil Babayev Operator: Etibar Şirinov Səs operatoru: Akif Nuriyev Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Rejissor: Mayak Kərimov
Rollarda İlham Babayev — Əhsən Valeh Kərimov — Əhsənin atası Yaşar Nuri — Nəsib Ənvər Əbluc — direktor Ruslan Nəsirov — Köçəri Simuzər Ağakişiyeva — Nərminə Elxan Bayramov — Savalan Abbasqulu Əbluc — Vasif Zemfira Əliyeva — Sultannisə Təvəkkül İsmayılov — Burxan Xəlil İsmayılov — Ceyhun Məmmədbağır Həsənov — Qənimət Ramin Məlikov — Rövşən Həsən Əbluc — Rövşənin atası Fərid Hacıyev — Zəki Nazir Əliyev — Zəkinin atası Emil Bayramov — Qurban Vüsalə Nəbiyeva — Qumral Rövşən Cahangirov — Səməd Əbdül Mikayılov — Əhməd Elxan Quliyev — milis kapitanı Fikrət Məmmədov — milis leytenantı Laləzar Mustafayeva — ana A.Seyidova Ülvi Səfərov Ş.Məmmədova Mayak Kərimov Dadaş Kazımov — qarovulçu Vəliəhd Vəliyev — restoran sahibi Şəmsi Şəmsizadə — ata S.Tağıyev İdris Rüstəmov Zilli Namazov — restorandakı müştəri Vüqar Muradov Filmi səsləndirənlər: Eldəniz Rəsulov - Burxan (Təvəkkül İsmayılov) (titrlərdə yoxdur)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-364.
Xarici keçidlər Filmi izlə "Nəsir müəllim, məni çevir balalarının başına, yazma" — VİDEO
Kateqoriya:1991-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Ənvər Əblucun filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:1991-ci ilin filmləri