Ur ştandartları, Müharibə və sülh ştandartları - L. Vulli tərəfindən ekspedisiya zamanı şumer şəhəri Urda aparılan qazıntılar zamanı tapılmış dekorativ-illustrativ lövhələr. Hər bir lıvhə üzərində üç cərgədə sədəflə işlənilmiş şumerlərin həyat tərzini əks etdirir. Lövhələr e.ə. III minilliyə aid edilir. Ölçüləri eni 21.59 sm, uzunu 49,53 sm-dir. Bu lövhələr Britaniya muzeyinin inciləri sayılırlar. Müharibə tablosunda döyüşdə iştirak edən şumer qoşunları, Cəng arabaların təkərləri altında məhv edilmiş düşmən və çar hüzuruna gətirilmiş alçaldılmış əsirlər təsvir edilmişdir. Sülh lövhəsində gündəlik təsərrüfat həyatı və arfa sədaları altında bayram edən şumerlər təsvir edilmişdir.

Mənbələr

Kateqoriya:Arxeologiya Kateqoriya:İraq arxeologiyası Kateqoriya:Şumer incəsənəti və memarlığı Kateqoriya:Britaniya muzeyi Kateqoriya:Britaniya muzeyinin kolleksiyası Kateqoriya:Britaniya muzeyindəki Yaxın Şərq obyektləri