Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova () — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru.
Həyatı İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır.
O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur.
Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir.
Fəaliyyəti Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir. Ən yaxşı tamaşaları: "Mariya Stüart" (1965, F. Şiller), "Sirano de Berjcrak" (1965, E. Rostan), "Sən həmişə mənimləsən" (1967, İ. Əfəndiycv), "Antiqona" (1968, J. Anuy), "Varşava melodiyası" (1969, L. Zorin), "Həmişə təmizlikdə" (1970, E. Braginski və E. Ryazanov), "Komandorun addımları" (1971, V. Korostılyov), "Sakit üfüqlərdə" (1975, B. Vasilyev), "Şəhərin yay günləri" (1978, Anar), "Əldən düşmüş at" (1979, F. Saqan), "On üçüncü sədr" (1981, A. Abdullin) və s. hesab edilir.
1982-ci ildə rejissor teatrdan uzaqlaşır və həmin ildən Opera Studiyasında çalışmağa başlayır. Gülcahan Güləhmədova həmçinin Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri vəzifəsində də çalışmışdır. Onun tələbələri arasında "Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistlər, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır.
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 mart 1961 Azərbaycan SSR Dövlət mükafatı — 1972Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı — anl.az saytı "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 aprel 1981 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
Filmoqrafiya Sən həmişə mənimləsən (film, 1987)
İstinadlar
Mənbə
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Ssenaristlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları