Baldırğanlı — Azərbaycan Respublikasının Laçın rayonunun Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Laçın rayonunun Mığıdərə inzibati ərazi vahidində olan kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndi XX əsrin əvvəllərində haqverdiuşağı nəsli Baldırğanlı adlanan sahədə salmışdır. Oykonim "baldırğan bitkisinin zəngin olduğu yer" deməkdir. 1918-ci ilədək Ermənistanda eyniadlı kənd olmuşdur.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

Əhalisi 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 60 nəfər olmuşdur.

İstinadlar

Xarici keçidlər Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır

Kateqoriya:Laçın rayonunun kəndləri