Əlibəyli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu kənd. Rayon mərkəzindən 2 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.12 qeyd edilmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur.

Tarixi TToponim oğuzların ulu yörük tayfasından olan əlibəyli etnonimiSümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.186 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Azərbaycanlılar 1914-1915-cı illərdə ermənilər tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə ermənilər köçürülmüşdür. Ermənilər buraya 1915-20-cı illərdə Türkiyənin İğdır və Van vilayətlərindən, 1946-cı ildə İrandan, eyni zamanda indiki Ermənistanın Sisyan, Əştərək, Abaran və Hamamlı (Spitak) rayonlarından köçürülmüşdürHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.51.

Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi

İstinadlar

Kateqoriya:Gərnibasar mahalı Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri