Rüstəm Şamil oğlu Rüstəmov () – tibb elmləri doktoru, professor.
Həyatı 5 aprel 1947-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Respublika Klinik Xəstəxanasında həkim-Hematoloq kimi əmək fəaliyyətinə başlamışdır. 1975–1977-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda hematologiya kafedrasında çalışmışdır.
1979-cu ildən Azərbaycan ET Hematologiya və Transfuziologiya İnstitutunda laboratoriya müdiri, hematoloji klinikanın rəhbəri və 1994-cü ildən bu günə kimi həmin İnstitutda elmi işlər üzrə direktor müavinidir.
1974-cü ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları (Moskva) müdafiə etmişdir. Yaxın və uzaq xaricdə 130 elmi əsəri, 4 monoqrafiyası çap olunmuş, o cümlədən rəhbərliyi altında 10-a yaxın namizədlik və doktorluq dissertasiyaları hazırlanıb müdafiə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK expert şurasının üzvüdür.
Əsərləri "İnsan qəlbinin anatomiyası". "Aypara", 2009. "Məhəbbətin sirri" "Bakı", 2014 "İnsanın həyatı tək bir hüceyrədən başlayır" "Tibbi Genetika " "Bakı", 2013 "Genetika terminləri lüğəti" " Talasemiyalı xəstələrdə posttransfuzion B və C virusu hepatiti" "Din və globallaşma proseslərinin qarşılıqlı əlaqəsi" " Возможные патологические механизмы возникновения,развития и сохранения пресловутого "армянского вопроса"" "İrsiyyətin sitoloji və molekulyar əsasları" "İndex(predmet göstəricisi)"
Mənbə Rafiq Əsgərov. Bütöv Azərbaycan qəzeti. 6 oktyabr 2010-cu il. № 38. ("İnsan qəlbinin möcüzələri" məqaləsi).
Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları Kateqoriya:Ağcabədidə doğulanlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Pedaqoqlar Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Hematoloqlar
http://rustemrustemov.az/