Yuxarı boş vena (YBV) () — birinci sağ qabırğa-döş sinxondrozunun arxasında sağ və sol bazu-baş venalarının () birləşməsindən əmələ gələrək döş sümüyünün və aortanın sağ tərəfi ilə aşağıya doğru gedur və üçüncü qabırğanın yuxarı kənarı bərabərliyində sağ qulaqcığa açılır. YBV-nin uzunluğu 5–6 sm və diametri təxminən 2,5 sm-dir, sol tərəfdən aortaya, sağ tərəfdən sağ ortadivar plevrasına və ağciyərə söykənmişdir; ikinci qabırğa səviyyəsində ürək kisəsi ilə örtülü olur, belə ki, aşağı hissəsi ürək kisəsi daxilində yerləşir. Aşağı boş vena kimi bunun da qapağı yoxdur. YBV ürək kisəsinə daxil olmamış arxa tərəfdən tək venanı — qəbul edir və bunun vasitəsilə aşağı boş vena sistemi ilə rabitədə olur. Tək venadan başqa YBV-yə — ürək kisəsi venaları və — orta divar venaları açılırlar.
Yuxarı boş vena sistemi Yuxarı boş vena sistemi aorta qövsü və döş aortası şaxələrinin təchiz etdikləri nahiyələrdən, yəni başdan, boyundan, yuxarı ətraflardan və döş qəfəsindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır.
Təsvirlər
Həmçinin bax Aşağı boş vena Ağciyər venaları Göbək venası Qapı venası Ümumi qalça venası
Mənbələr 50px|left Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
İstinadlar
Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Ürək-damar sistemi Kateqoriya:Venalar Kateqoriya:Yuxarı boş vena sistemi Kateqoriya:Damarlar