() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Vətəni Orta və Cənubi Avropa dır. Hündürlüyü 55 m, gövdəsinin dimateri 1,5 m olan ağacdır. Çətiti konusvarıdır, gövdəsinin aşağı hissəsi qurumuş budaqlardan tədricən təmizlənir. Gövdəsinin qabığı ağımtıl-bozdur, hamardır, 50 yaşından sonra üzərində çatlar əmələ gəlir. İynəyarpaqları tünd-yaşıl, parlaqdır, qozaları 15 sm uzunluğunda, 5 sm enində, silindrikdir, kilin hər tərəfindən 5-8 mavi ağızcıqlı xətlidir. Vegetativ budaqlarda cavan zoğları cod tükcüklü, yaşıl və ya açıq-qonur, sonradan bozumtul-qonur, cox vaxt qara ziyilciklidir. Aprel-may aylarında çiçəkləyir. Yetişmiş qozaları küt silindr formasında olub, uzunluğu 20 sm, eni isə 5 sm-ə qədər olur. Toxumları kiçik qanadlar üzərində yerləşir. Toxumla çoxaldılır.
Dərin, yüngül, məsaməli, rütubətli torpaqlarda yaxşı inkişaf edir. Kölgəsevəndir, quraqlığa davamsızdır. Abşeronda, Gəncədə park və bağlarda mədəni şəraitdə becərilir. Yaşıllaşdırma üçün çox yararlıdır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Fransa florası Kateqoriya:İspaniya florası