() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Botaniki xarakteristikası Gövdəsiz çoxillik bitki olub, lakin qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" () adlanır. Ən çox ABŞ və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur. Meksikalılar çiçək oxunu dibdən kəsib oradan çıxan şirəni toplayırlar. Bu şirəyə "Akvamil", yəni "bal suyu" deyilir. Gündə hər bitki 5 litrə yaxın şirə verir. Şirəvermə müddəti 8–9 ay davam edir. Bitki məhv olana qədər 1 ton şirə verə bilir. Bu şirədən Meksikalılar "Tekila" adlı araq hazırlayırlar. Çiçək açdıqdan sonra məhv olan ana bitkinin yanlarında bir neçə bala bitkilər əmələ gəlir ki, onlar da əslində həmin bitkinin ömrünü davam etdirir. Xalq təbabətində onun yarpaqlarından bel ağrılarının, radikulit, lümbaqa və s. xəstəliklərin müalicəsində istifadə olunur. Dünyada bu cinsin 300 növü vardır. MDB-da açıq və örtülü şəraitdə bir çox növləri becərilir.
Sinonimləri Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Otaq bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları