() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir. Səbətcikləri kiçik olub, uzunluğu 2-4mm, eni 1-1,5mm, yumurtaşəkilli, sonu itiuclu və sarımtıl-yaşıl rənglidir. Kirəmitəbənzər 10-20 ədəd yarpaqcığı və 3-5 ikicinsli boruşəkilli və daxili qapalı sarınmış çiçəkləri vardır. Sarınmış yarpaqları hamar, parlaq, qayığabənzər, orta hissəsi sarımtıl-yaşıl, kənar hissələri isə bölünməklə, tükcüklərdən ibarətdir. Çiçəkləri sarımtıl-yaşıl və ya qonur-yaşıldır. Spesifik kəskin iyli və ədviyyəli-acı dadlıdır. İyun-avqust aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında isə meyvələri yetişir.
Alaqotu olan yerlərdə, yeni pöhrəliklərdə, rütublətli torpaqlarda, yaşayış məntəqələrinə yaxın yerlərdə, yol ətraflarında, bostan və bağlarda yaşayır.
Yovşanının çiçək və yarpaqları avqust və sentyabrın ortalarına qədər – çiçək açana kimi toplanılır. Xammal əl ilə toplanılır. Xammal çardax və naveslərdə, kölgədə havası dəyişilən yerlərdə, kağız və parça üzərində 3-5 sm qalınlığında sərilməklə qurudulmalıdır. Quruducu şkafda 40ºС temperaturada qurudulmalıdır. Quru havada otu 5-7 gün, yarpaqları isə 3-5 gün ərzində sərilərək qurudulur.
Quru, sərin və havası tez-tez dəyişilən yerlərdə saxlanılmalıdır. Aptekdə yeşiklərdə, anbarda isə taylarda saxlanılmalıdır. Saxlanılma müddəti 4 ildir.
Tərkibi və təsiri Ot və yarpaqlarının tərkibində 0,
5-2% efir yağı, bitsiklik monoterpenoidlərdən tuyol (10-25%), tuyon (10%), azulen tərkibli seskviterpenli laktonlar, acı dad olan artabsin və absintin vardır. Çiçəklərinin tərkibində 7% santonin, 2% efir yağı, başlıca komponenti sienoldan (70-80%) ibarətdir. Yağının yaşıl-göy rəngli olması tərkibindəki azulenin olması ilə bağlıdır. Bundan başqa flavonoidlər, üzvi turşular, aşı maddələri, karotinoidlər və digər maddələrdən ibarətdir.
İştahartırıcı dərmandır. Acı maddələr ağızdakı reseptorlara təsir edərək, reflektor olaraq mədə-bağırsağın sekretor funksiyası güclənir. Bu başlıca olaraq absintiumdan asılıdır. Absintium öd, pankreas və öd şirəsinin ifrazını artırır. Mərkəzi sinir sisteminə kardiotonik təsir edir. Yüksək dozaları qıcolmalar yaradır. Azulen antiallergik, spazmolotik, iltihabsorucu və analgetik təsir edir.
Çiçəkləri qurdqovucu dərman kimi askaridozda bal, şəkər və mürəbbə ilə qatmaqla qəbul edilir. Bütün vasitələr üçün yeməkdən əvvəl qəbul edilməlidir. Normadan artıq qəbul edildikdə "yovşan epilepsiyası" yaranır.
Sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Şimali Afrika florası Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri