İsmailiyyə Sarayı — Bakı şəhərində yerləşən saray. Saray Bakı milyonçusu Musa Nağıyev tərəfindən, oğlu İsmayılın şərəfinə Qotik üslubda inşa etdirilmişdir. Binanın memarlıq layihəsinin müəllifi mülki memar İ. K. Ploşkodur. Saray ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunsa da, hazırda AMEA-nın Rəyasət Heyətinin binası kimi istifadə edilir. İsmailliyə sarayı 1908–1913-cü illərdə tikilib.

Tarixi 170px|thumbnail|left|Saray Musa Nağıyevin gənc yaşında vəfat etmiş oğlu İsmayıl Nağıyevin şərəfinə adlandırılmışdır. İsmailiyyənin əsası tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Milyonçunun oğlu Ağa İsmayıl vərəm xəstəliyindən vəfat edir.P. Sultanova — "İsmailiyyə" binası: bir gənc xatirəsi üçün, bir millətin iftixarı naminə , 525-ci qəzet, 13 may 2011, Yoxlanılıb: 13 iyul 2014

1905-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına rəsmi məktubla müraciət edərək cəmiyyət üçün qərargaha ehtiyac olduğunu bildirir. Ərizədə Xeyriyyə Cəmiyyətinin binaya ehtiyacı olduğu əsaslandırılır. Ona görə də "Kaspi" qəzeti redaksiyası ilə (o dövrdə "Kaspi" qəzetinin redaksiyası indiki Sabir bağının yerində idi) Müsəlman qız məktəbi (indiki Əlyazmalar İnstitutu) arasındakı boş torpaq sahəsinin Xeyriyyə Cəmiyyətinə verilməsi xahiş olunur.İsmailiyyə , socarplus.az, Yoxlanılıb: 13 iyul 2014

Bakı şəhər Duması 1 dekabr 1905-ci ildə keçirilən iclasında Xeyriyyə Cəmiyyətinin ərizəsinə baxır və müsbət qərar çıxarır. Torpaq sahəsi Xeyriyyə Cəmiyyətinin şəxsi mülkiyyətinə yox, Müsəlman Xeyriyyə Cəmiyyətinin Bakıda mövcud olduğu müddətə cəmiyyətin pulsuz istifadəsinə verilir, lakin ayrılmış torpaq sahəsində bina tikmək məsələsi bir qədər ləngiyir. Bakı milyonçuları Novruz bayramı münasibətilə təşkil olunmuş ziyafət məclislərinin birində Ağamusa Nağıyevə təklif edirlər ki, oğulunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin.Чего вы не знали о старом Баку: Исмаиллия , day.az, 28 sentyabr 2012, Yoxlanılıb: 13 iyul 2014 Yeni binanın layihəsini hazırlamaq mülki mühəndis İosif Ploşkoya həvalə olunur.Юзеф Плошко , polonia-baku.org, Yoxlanlılıb: 13 iyul 2014

"İsmailiyyə" binasının tikintisi 1913-cü ildə başa çatır və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınır. Məhəmməd Əmin Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi "Azərbaycan Cumhuriyyəti" kitabında bu bina haqqında yazırdı: "Bəlkə də islam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir".M. Ə. Rəsulzadə — Azərbaycan Cemhuriyyəti, Bakı, 1993, səh. 28

Yandırılması və restavrasiyası 1918-ci ilin Mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər şəhərin əhalisi ilə yanaşı binalarına da ziyan vurmağa çalışırdılar. Bu zaman böyük zədə almış binalardan biri də İsmailiyyə sarayı olmuşdur. Saray əvvəlcə qarət edilmiş, daha sonra isə yandırılmışdı. Sarayda törədilən yanğın zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın öz arxivi yanaraq məhv olmuşdu.

Binanın həyətə yarımsirkulyar çıxıntısında yerləşən mərkəzi giriş pilləkəni tamamilə uçmuşdur. Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülmüş tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməmişdirdi. Salonların döşəməsinin tirləri hərarətdən əyilmişdir və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı görünüş ifadə edirdi.

Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləmələri alovun hərarətindən və divar daşlarının alışmasından aralanmış və bəzi yerlərdə qopub düşmüşdü. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində – daşın keyfiyyətini o dərəcədə dəyişmişdir ki, artıq tikinti materialı kimi istifadə olunmaz hala gəlmişdi.

Bakının azad edilməsindən sonra Qafqaz İslam Ordusu İsmailiyyə sarayının qarşısında fəxri parad yürüşü həyata keçirmişdir.Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 306 Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra təşkil edilmiş Fövqəladə Təhqiqat Komissiyasının tərtib etdiyi Aktda binanın hansı vəziyyətdə olması təsvir edilmiş və dəymiş ziyanın məbləği hesablanmışdır:

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra dağılmış İsmailiyyə sarayının yararsız olması səbəbiylə sökülməsinə qərar verilmişdir, lakin yerli əhali bina qarşısına toplaşaraq, onun sökülməsinə imkan verməmiş və yalnız bundan sonra sarayın bərpa olunmasına başlanmışdır. Binada bərpa işlərini memar Vartan Sarkisov həyata keçirmişdir. Bərpa zamanı sarayın ümumi plan layihəsi olduğu kimi saxlansa da, fasadında bəzi dəyişiklərə yer verilmiş, vaxtilə Quran ayələri və hədislərin yer aldığı medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilmişdir.

Memarlıq xüsusiyyətləri

Yerləşməsi rigth|thumb|250px|Yaxınlıqda Aleksandr Nevski kafedralının tikilməsindən sonra keçmiş Nikolayev küçəsində Cümə məscidinin inşa olunmasına icazə verilmir və bu gələcəkdə İsmailiyyə sarayının inşa olunacağı yerin boş qalmasına gətirib çıxarır. Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binası (1898–1901) planlaşdırılarkən, eyni vaxtda Qoslavski 1898-ci ildə məktəblə yanaşı inşa edilməsi planlaşdırılan bazar binasının layihəsini hazırlamışdı. Nikolayev küçəsinin perspektivini nəzərə alaraq sonradan bu ərazidə bazar tikilməsi planı təxirə salındı. Şəhər Duması belə hesab edirdi ki, mərkəzi magistral (XIX əsrin sonlarında indiki İstiqlaliyyət küçəsi mərkəzi magistral hesab edilirdi) ticarət sıralarının yeri deyildir, lakin həmin sahə on il ərzində Bakı milyonçusu Ağa Musa Nağıyevin sifarişi ilə oğlu İsmayılın (1875–1902) xatirəsinə orada Bakının ən gözəl saraylarından biri olan "İsmailiyyə" ictimai-xeyriyyə binası tikilənədək boş qaldı.Şamil Fətullayev-Fiqarov-Memarİ. K. Ploşko-İsmailiyyənin müəllifi, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh. 27–33

1890-cı illərin başlanğıcında Nikolayev küçəsinin nizamlanması layihəsi yerinə yetirildi. Bu küçə bütünlüklə Qubernatorun evi, Şəhər Duması və İdarəsi (indiki Bakı Şəhər İcra Hakimiyyətinin Binası), Realni Məktəb (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin binası), məscid və ticarət cərgələri kimi inzibati-ictimai idarələrə verildi. 1893-cü ildə Cümə məscidinin inşası üçün sahə hazırlanmasına başlanıldı. Məscidi fontanları və hovuzları olan parkda yerləşdirmək nəzərdə tutulmuşdu. Bakı müsəlmanları məscidin yaşıllıqlar, fontanlar və şəffaf sulu hovuzlar arasında gözəl mənzərəli memarlıq mühitinin təmsil edildiyi İstanbul, Təbriz, İsfahan və başqa şərq şəhərlərindəki məşhur məscid nümunələrini təkrarlayan dini ansambl yaratmaq istəyirdilər.

Lakin, qonşu küçədə dəbdəbəli Aleksandr Nevski kafedralının tikilməsi Cümə məscinin tikilməsinə də öz təsirini göstərdi. Belə ki, planlaşdırılmış ərazidə məscidin inşa edilməsi Çar Rusiyası hakimiyyəti nümayəndələri tərəfindən qqadağan edildi.

5 noyabr 1896-cı ildə Cümə məscidinin inşası üçün hazırlanmış yer Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin tikilməsi üçün verildi. Hazırda İsmailiyyə sarayının yerləşdiyi sahə küçənin quruluşunda şəhərsalma cəhətdən əlverişli idi, memarlıq planında mühüm yer tuturdu.Şamil Fətullayev-Bakıda şəhərsalma, XIX əsrinsonu-XX əsrin əvvəllərində, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh. 58

Sarayın memarlıq layihəsi artıq Bakıda tanınmış memarlardan biri olan mülki mühəndis İ. Ploşko tərəfindən 1901–1913-cü illərdə hazırlandı və tikildi. Bu binanın layihəsinə maraq o qədər böyük idi ki, onu şəhər köşklərində satmaq üçün yerli mətbuatda dərc etdirdilər. İlk təməl daşının qoyulması böyük kütlənin və Bakı milyonçuları H. Z. Tağıyev, Ş. Əsədullayev, M. Muxtarov, İ. Hacınski, Aşurbəyov və Dadaşov qardaşlarının iştirakı ilə 21 dekabr 1908-ci ildə təşkil edildi. Binanın inşa işləri isə 1913-cü ildə tamamlandı.

Eksteryeri left|thumb|250px|Ploşko tərəfindən hazırlanmış layihəyə görə rizalitlərin üstündə müxtəlif örtüklü günbəzləri olan yumru belvederlər yerləşdirilməli idi. Venesiya qotikasıШ. С. Фатуллаев. Жилые дома в застройке городов Азербайджана на рубеже XIX–XX веков. — Баку: Издательство Академии наук Азербайджанской ССР, 1963. — С. 63. — 117 с.Так, одному из способнейших зодчих города И. Плошко, обладающему большим вкусом, незаурядным мастерством, принадлежат и общественные сооружения. Он построил здание "Исмаилия" в стиле венецианской готики…Моника Булай. Пальмы на проспекте нефтяников // Новая Польша : журнал. — 2004. — № 6. — С. 47.Светлая венецианская готика — Исмаилия, которую называли "архитектурной симфонией", — стала шедевром другого польского архитектора, Плошко. üslubunda tikilmiş İsmailiyyə sarayının fasadı çox plastikdir və yaxşı işlənmişdir. Bina insanda yüksək hisslər, memarın ustalığına və daşçıların sənətinə heyranlıq yaradan ahəngdar bədii əsər, memarlıq simfoniyasıdır.

Fasadın memarlıq kompozisiyasının inkişafı şaquli xətt üzrə yan rizalitlər şəklində ardıcıl səciyyəvi xüsusiyyətə malikdir. İ. Ploşko öz yaradıcılığında bu üsula tez-tez müraciət etmişdir. Fasadın hədsiz dərəcədə plastik işlənməsi ona xüsusi gözəllik və rövnəq qatır. Burada təsadüfi memarlıq üsul və formaları müşahidə olunmur. Həcmli kütlələr fasadın ümumi memarlıq kompozisiyası ilə ahəng təşkil edən üfüqi və şaquli hissələrin itiliyi – bütün bunlar klassik qanunauyğunluğa əsaslanır.Şamil Fətullayev-Bakı memarları, XIX əsrinsonu-XX əsrin əvvəllərində, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh. 73–78

Çatmatağların üstünlük təşkil etməsi binanı yerli mühitə daha da yaxınlaşdırır. Fasadın daxilində anaxronizm hiss olunmur. Gözəl rəsmlərlə bəzədilmiş həcmli çatmatağlardan ibarət birinci mərtəbə formaların monumentallığını yüngülləşdirən və onlara yeni motivlər qatan dayaq tirləri vasitəsiylə hissələrə bölünmüşdür. Sarayın əsas giriş qapısı memarlıq ünsür və detallarının möhtəşəm kompozisiyasını təşkil edir. Giriş tağı heykəl başlıqlı pilyastrlara söykənir. İ. Ploşko fasada plastik görkəm verməkdən ötrü daş üzərində dərin oymalardan istifadə etmişdir. O, bunu daş memarlığı sənərindən əxz etmişdi və əsərlərində ondan bədii ifadəlik əldə etmək üçün məharətlə istifadə edirdi. Tağlı timpan meyvə təsvirli naxışlarla bəzədilmişdir.

Qəsr daşına gəldikdə isə o, üzərində Roma dövrü kişisinin başı təsvir olunmuş bütöv daş blokdan mükəmməl şəkildə hazırlanmışdır. Gözəl cizgilərə malik dalğalı saçlar, iri göz və düz burunlu enli alını örtür. Qalın dodaqlar, yaraşıqlı saqqalla birləşən bığlar gözlərini uzaqlara dikmiş cəsur döyüşçü obrazı yaradır. Onun heykəl formasında yonulmuş başı yaxınlıqdakı relyef elementləri ilə ahəng təşkil edir. Güclü cızılmış qaytanabənzər yarımdairə tağ ilə intibah dövrü motivlərini xatırladır.

İnqlabaqədərki dövrdə bütün memarlıq üslublarının çiçəkləndiyi bir vaxtda Bakı məhəllələrinin tikintisi prosesinin gedişində İ. Ploşkonun yaradıcılığı Şərq və Qərb motivləri ilə müşayiət olunmuşdur. Memar çatmatağların ritmini ardıcıl struktura çevirmək və onu plastik ünsürlərlə möhkəmləndirmək istəmişdir. Ona elə gəlirdi ki, İsmayılın xatirəsi memarlıq nöqteyi-nəzərindən layiqincə yad olunmamışdır. Buna görə də o, birinci mərtəbədə tağların arasında akant yarpaqlı, heraldik emblemli və taclı çələng formasında relyef formasında təsvir olunmuş iri dairəvi dekorativ motivlər yerləşmişdir. Ağa Musa Nağıyev əsilzadə ailəsindən olmasa da, sahib olduğu milyonlar ona bu cür üslub elementlərini tələb etməyə imkan vermişdi.Şamil Fətullayev-Bakının Memarlıq Ensiklopediyası, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh. 423