thumb|300px|Süveyş müharibəsində hərbi əməliyyatlar xəritəsi Süveyş böhranı (Süveyş müharibəsi, Sinay müharibəsi, ikinci İsrail-ərəb müharibəsi; ) — 1956-cı il oktyabrından 1957-ci ilin martınadək baş verən beynəlxalq münaqişə. Səbəb Süveyş kanalının adminstrasiyasının səlahiyyətlərinin ilə bağlı fikir ayrılığı idi. Ziddiyyətlərin kəskinləşməsi Böyük Britaniya, Fransa və İsrailin Misir əleyhinə hərbi əməliyyatlarının başlanması ilə nəticələndi.
Münaqişə SSRİ, ABŞ və BMT-nin səyləri nəricəsində dayandı. Tərəflər öz əvvəlki mövqelərinə qayıtsalar da, hərbi məğlubiyyətə uğrayan tərəf Misir oldu.
Müharibə Hücumlar Misir Prezidenti Nasirin 26 iyul 1956-cı ildə Süveyş kanalını dövlətləşdirmə istəyi və SSRİ ilə yaxınlaşması nəticəsində meydana gəldi.
Hücumların əsas səbəbi Nasiri idarədən almaq və kanalın idarəsində qərb dövlətlərini lider tutmaq idi.
29 oktyabr 1956-cı ildə İsrail Sina yarımadasını işğala başladı. Daha sonra Fransanında qatılması ilə Misirin məğlubiyyəti demək olar dəqiqləşdi.
5 noyabr tarixinə qədər Fransızlar Qahirəni bombaladılar. İsrail qüvvələri isə Süveyş kanalını işğal etdi.
Müharibənin bitişi Həm SSRİ həm də ABŞ bu hücumları dayandırma çağırışları etdi. Hər iki dövlətin eyni çağırışları etməsi Soyuq müharibənin nadir hallarından biri oldu.
Nəhayət Birləşmiş millətlər sülh qüvvələri sina yarımadasına yerləşdirildi və 1967-ci ilə qədər bölgədə qaldı.
O tarixdən sonra isə dərhal Altıgünlük müharibə başladı.
Ədəbiyyat
Bromberger, Merry and Serge Secrets of Suez Sidgwick & Jackson London 1957 (translated from French Les Secrets de l'Expedition d'Egypte by James Cameron)
Kateqoriya:Britaniyanın törətdiyi işğallar Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:XX əsrin müharibələri Kateqoriya:Birləşmiş Krallığın müharibələri Kateqoriya:Afrika müharibələri Kateqoriya:Fransanın müharibələri Kateqoriya:Beynəlxalq münasibətlər