() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Vətəni Çin və Yaponiyadır
Botaniki təsviri Hündürlüyü 12 m-ə çatan, sıx çətirli ağac və ya koldur. İkievli bitkidir. Gövdəsinin qabığı qırmızımtıl-boz rəngdədir. Budaqları yoğun və nisbətən qısadır. Yarpağın uzunluğu 3–5 sm, eni 1–3 sm-ə çatıb, növbəli və ya spiral şəklində düzülmüş, tamkənarlı və ya üç dilimlidir. Yarpağın əsas hissəsi ürəkvari, dərin oyuğa malikdir. Yarpağın üst tərəfi, cod, tünd yaşıl, alt tərəfi isə hamar, gümüşü-boz rəngdə, yumşaq və sıx məxmərə oxşar tükcüklərlə örtülmüşdür. Yarpaq saplağı 2–5 sm uzunluqda olur. Çiçəkləri ikicinslidir. Çiçək yatağı şar şəklindədir. Erkək çiçəkləri sırğalara toplanmış 4 hissəli çiçəkyanlığından ibarətdir. 4 erkəkciyi vardır. Tozcuqlar narıncı-qırmızı rəngdədir. Dişicikləri şarşəkilli başcığa toplanmış, silindrşəkilli bütöv və ya 4 dilimlidir. Çiçək qrupunun en kəsiyi 2 sm, meyvəyanlığı isə 2–3 sm uzunluqdadır. May ayında çiçəkləyir. Meyvəsi şarşəkilli, qırmızı-çəhrayı rəngdə, şirin, şirəli olub, sentyabr ayında yetişir.
Ekologiyası Torpağa çox tələbkar deyil, qumsal, yüngül gilli, şoran torpaqlarda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması Abşeron, Göyçay, Kürdəmir, Gəncə rayonlarında və Kür-Araz ovalığında, bağ və parklarda yaşıllaşdırmada istifadə edilir.
İstifadəsi Meyvə və yarpaqları dekorativ görünüşlüdür, tək-tək və qrup əkinlərində, çay kənarlarında torpaqların bərkidilməsində istifadə edilir. Cavan budaqların oduncaq liflərindən, borularından parça, ayaqqabı və müxtəlif növ kağızlar hazırlanır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Meyvə ağacları Kateqoriya:Giləmeyvələr Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Çin florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Şərqi Asiya florası Kateqoriya:Çin ağacları