və ya uşqun () — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası 50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir.
Yayılması Naxçıvan düzənliyi (Duzdağ), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Biçənək və Kükü kəndləri, Vəlidağ, Darıdağ, Təkəlikdağ).
Sayı və tendensiyası Populyasiyanın ehtiyatı azdır. Mənfi amillərə həssaslıq göstərir.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (infrastrukturun inkişafı, sahilboyu ərazilərin tikintisi), areallarının çiçərlik və Cavan zoğları erkən yazda kütləvi toplanılır və antropogen təsirə məruz qalır.
Mühafizə tədbirləri Qorunma tədbirləri Naxçıvan MR-nin Qırmızı kitabında tövsiyə olunur.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:İraq florası Kateqoriya:Türkiyə florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:Əfqanıstan florası Kateqoriya:İran florası Kateqoriya:Pakistan florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Ermənistan florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları