() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muxtəlifdir — möhkəm iri, oraqvarı əyilmiş, xırda, düz, qaidə hissəsi bir qədər enli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm enə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləmə keçən ilki zoğların üzərində müşahidə edilir. Meyvəsi uzunsov və ya yumurtavarı, bir qədər iri və qırmızıdır.
Ekologiyası İstiyə, soyuğa, quraqlığa davamlıdır. Münbit torpaqlarda bitir.
Azərbaycanda yayılması Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Dekorativ bitkidir. Canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri (L.) Sm. (L.) Borkh.
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qızılgül Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Bitki hibridləri Kateqoriya:25–29 ID olan Taksonbar