() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 40-85 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düzduran, şırımlı, yuxarı hissədə süpürgəvari budaqlanmış, bozumtul tüklü, qara mil kökləri torpağın içərisinə vertikal yeriyən ikiillik ot bitkisidir. Yarpaqları yumşaq və basıqtükcüklüdür, uzundur, neştərə oxşar, sivri ucludur, aşağı yarpaqları saplağa daralmışdır və saplaqla birgə uzunluğu 10-21,5 sm, eni 18-30 mm-dir. Ondan sonrakı yarpaqlar oturaqdır, uzunluğu 9-19 sm və eni 12-20 mm-dir; kökətrafı yarpaqları bitki çiçək açana qədər quruyur. Çiçək qrupu süpürgəvaridir və meyvə verəndə budaqları uzanmış halda olur. Çiçək saplağı yumşaq-boz tükcüklüdür və nazikdir, kasacıqla eynidir, meyvə verən zaman 10-13 sm-ə qədər uzanır və aşağıya doğru qövsşəkilli əyilir. Tac çirkli tünd-qırmızı və ya qırmızı-göy rənglidir, qıfa oxşardır. Fındıqcalar 5-7 mm uzunluqdadır, enliyumurtavari, arxa hissədən demək olar ki, yastı, kənarları az qalxmış və qalınlaşmışdır, üzərində seyrək tikanları vardır. Fındıqcanın yan və qarın tərəfi tikanlarla sıx örtülüdür. May-iyun aylarında çiçəkləyir, iyul ayında meyvə verir.

Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, Kür düz., KQ şimal, Nax.-dağ., Talış. Orta dağ qurşağına qədər. Kolluqların arasında, tullantı yerlərdə, çayların çınqıllı yerlərində bitir.

Yaşayış mühiti Kolluqlarda, çayların çınqıllı yerlərində, alaqlı yerlərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Tərkibində zəhərlialkaloid olan bitkidir. Bundan başqa tərkibində efir yağları da vardır və bal verən bitkidir.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri