Məzmun Süjetin əsasını məsul vəzifədə çalışan qadının — Firəngiz Tahirovanın (Vəfa Fətullayeva) ailəsinə münasibəti, kütlələrlə qarşılıqlı əlaqəsi təşkil edir.

Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın (Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır. O, çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa edilməsinə nail olur. Firəngiz xanım səmimi münasibəti, mehribanlığı, ədalətli olması ilə hamının rəğbətini qazanır.

Film haqqında Film yazıçı Bayram Bayramovun "Sərinlik" povestinin motivləri əsasında çəkilmişdir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülüb.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Bayram Bayramov Quruluşçu rejissor: Əbdül Mahmudov, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Əsəd Əsədov Qrim rəssamı: Elbrus Vahidov Operator: Amin Novruzov

Rollarda Vəfa Fətullayeva — Firəngiz Rasim Balayev — Murad Şahmar Ələkbərov — Feyzi Bahadur Əliyev — Davud Sadıq Həsənzadə — Musa Muxtar Maniyev — Elxan Sədayə Mustafayeva — Məsmə Ötkəm İsgəndərov — Alxas Hökümə Qasımova — Musanın arvadı Məmməd Bürcəliyev — sürücü Gümrah Rəhimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220-221.

Kateqoriya:1975-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:İsmayıllıda çəkilən filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Ənvər Əblucun filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər