Lahıc mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.

Tarixi İsmayıllı rayonu ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfərqulu ağa (Mustafa xanın oğlu) idi.

Əhalisi 1821-ci ildə 6 kənddə (Lahıc, Həftəsov, Əhənli, Ximran, Müdri, Dahar) 374 ailə yaşayırdı. Lahıc mahalının sakinləri bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdu.

İstinadlar

Həmçinin bax Şirvan xanlığı

Xarici keçidlər

Kateqoriya:Şirvan xanlığının mahalları