Nadir Sabir oğlu Hüseynov () — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat.
Həyatı 1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur.
1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakültəsini bitirmişdir.
1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur.
1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir.
1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur.
2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir.
2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin iyul ayında Nadir Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Xarici dillərdən ingilis və rus dillərini bilir.
İstinadlar
Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müavinləri