Hacıalılı — Azərbaycan Respublikasının Tovuz rayonunun Hacıalılı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin keçmiş adı Şəmşədil olmuşdur. Yaşayış məntəqəsi 1515-ci ildə qızılbaşların zülqədər tayfasının şəmsəddinli qolunun məskunlaşması nəticəsində yarandığı üçün XIX əsrin əvvəllərinə qədər Şəmşədil adlanmışdır. Digər bir iddiaya görə kənd hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199914537247292009↗1629↗819↗810

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Hacıalılı kənd kitabxana filialı, Hacıalılı kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Hacıalılı tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Hacıalılı (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri