Hacıhəsənli — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim hacıhəsənli nəslinin adını əks etdirir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Əsrikçayın sahilində, dağlıq ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19995192702492009↗604↗311↗293

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Hacıhəsənli kənd kitabxana filialı fəaliyyət göstərir.

Təhsil Kənddə Yusif Alıyev adına Hacıhəsənli kənd tam orta məktəbi fəaliyyət göstərir. 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 425 000 manat vəsait ayrılmışdır.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Kirən kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri