Pələkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Yerli əhalinin məlumatına görə, kənd vaxtilə çoxlu pələng olan və buna görə də Pələngli adlanan binə yerində salındığı üçün belə adlandırılmışdır. Oykonimi XIX əsrdə Qazax qəzasında yaşamış quşçu icmasının pələkli tirəsinin adı ilə də əlaqələndirirlər.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Əsrikçayın sahilində, Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993341671672009↘318↘161↘157
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə Vaqif Rəhimov adına Pələkli kənd ümumi orta məktəbi fəaliyyət göstərir.Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Çatax (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri