Buğakar piri — Zəngəzur mahalının Meğri rayonunun Buğakar kəndi ərazisində müsəlman ziyarətgahı. Azərbaycan memarlığı üslubunda inşa edilib.
Haqqında Buğakar kəndi adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almış, ziyarətgah isə kəndin adı ilə "Buğakar ziyarətgahı" kimi tanınmışdır. O, xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də tanınır.
Tarixi Buğakar kəndində qədim dövrlərdən azərbaycanlılar yaşamış, 1939-cu ildə isə kənd ermənilər tərəfindən ləğv edilərək əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. Buna baxmayaraq, Buğakar piri ətraf kəndlərin azərbaycanlı əhalisi üçün ziyarətgah olaraq qalmışdı. Bölgədəki azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra bu abidə ermənilər tərəfindən dağıdılmışdır.
Mənbə
Əlavə oxu Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence// RA NAA IAE. Edit. L. Kharatyan, A. Hakobyan- Yerevan, IAE Publication, 2019, 164 pages
Həmçinin bax Qərbi Azərbaycan Qafqaz Albaniyası tarixində erməni saxtakarlığı
Kateqoriya:Ermənistan abidələri Kateqoriya:Ermənistanda Azərbaycan ziyarətgahları Kateqoriya:İslam memarlığı Kateqoriya:Azərbaycan memarlığı