Xarici sekresiya vəziləri () — axacaqlara malikdir, bunların məhsulu həmin axacaqlar vasitəsilə müəyyən üzvlərə tökülür, ya xaricə çıxarılır. Xarici sekresiya vəziləri ifraz etdikləri məhsulların tərkibinə görə üç qrupa bölünür: Selikli vəzilər — məhsullarında çoxlu selik olur, məsələn — damaq vəziləri (), dal dil vəziləri (); Seroz ya zülal vəziləri — ifraz etdiyi şirə çox sulu olsa da çoxlu zülala malikdir, məsələn, qulaqaltı vəzi (), dil və ya Ebner vəziləri (); Qarışıq (seroz-selikli) vəzilər — sekretində həm zülal, həm də selik vardır, məsələn dodaq vəziləri (), yanaq vəziləri (), ön dil vəziləri (), dilaltı vəzi () və çənəaltı vəzi ().
İstinadlar
Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
Kateqoriya:Anatomiya Kateqoriya:Fiziologiya Kateqoriya:Xarici sekresiya vəziləri