Meytnerium (Mt) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 109-cu element. Element ilk dəfə olaraq 1987-ci ildə AFR-də alınıb. O, Avstriya fiziki və radiokimyaçısı, 1917-ci ildə protaktiniumun kəşfində iştirak etmiş və 1939-cu ildə neytronların təsiri ilə uranın nüvəsinin iri qəlpələrə bölünməsi haqqında təsəvvürü əsaslandıran Liza Meytnerin (1878-1968) şərəfinə adlandırılmışdır.

İstinadlar

http://www.nkpi.az/?page=addread&id=2928 Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.

Kateqoriya:Kimyəvi elementlər Kateqoriya:Keçid metallar Kateqoriya:Radioaktiv elementlər