() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Kaliforniya və Sakit okean sahillərində, qumluqlarda, bataqlıq yerlərdə, dağ ətəyində dəniz səviyyəsindən 600–900 m hündürlükdə, seyrək ağacları olan kiçik qruplar əmələ gətirir.
Botaniki xarakteristikası Hündürlüyü 12–25 m, gövdəsinin diametri 40-90 sm, qabığının qalınlığı 15 sm-ə qədər olur. Gövdənin bünövrəsində qeyri-bərabər dərin şırımlar vardır, məhkəm qabıqlı, qırmızı-qonur rənglidir. Budaqları qalın, şaxələnmiş, enli, hamar-yumru çətir əmələ gətirir. Zoğları narıncı-yaşıl, çılpaq, bir neçə buğumarası, xırda yarpaqları vardır. Tumurcuqları silindrik, tündqonurdur. İynəyarpaqları möhkəm, cod, tünd-yaşıl, uzunluğu 10-15 sm-dir. Alt tərəfi hamardır, nazik dişli, ucu biz şəkilli, dəstədə 2 ədəd olub, budaqların uclarında yığılmışdır. Oturaq qozaları yumurtavarı və ya enli-oval, parlaq, bozumtul-qonur olub, uzunluğu 5-7 sm, eni 3-4 sm-dir, 3-7 ədədi birlikdə yerləşir, aşağı tərəfə əyilir. Toxum qabıqları qozanın üst tərəfində qabarıq, bozumtul-qonur qalxanlı, düz və ya əyilmiş mahmızlıdır, içəri tərəfində toxum qabıqları hamar, ucu elastikdir. Toxumları yumru-üçbucaq, tünd-qonur, uzun qanadlıdır, uzunluğu 6 mm-dir.
Toxum verməyə tez başlayır, çox miqdarda qoza verir, təbii əkinlərdə yaxşı bərpa olunur, çox davamlıdır. Toxumlarla çoxalır. Oduncağı möhkəm, kobud, lifli, açıq-qonur olub, tikinti işlərində istifadə edilir. Qumlu dəniz sahillərinin yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür.
Azərbaycanda yayılması Abşeron yarımadasında yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Kaliforniya florası