Molalan — Azərbaycan Respublikasının Lerik rayonunun Molalan kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Molalan kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimiyası Oykonim talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim "molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq" mənasını bildirir.

Əhalisi Əhalisi 1150 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Tanınmış şəxslər İslam Qəribli (1954–) — f.e.d, yazıçı–ədəbiyyatşünas, “Qızıl Qələm” mükafatı laureatı.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Lerik rayonunun kəndləri