Kasax Bazilikası – Ermənistanın Araqatsotn mərzinin Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan–Gümrü şosse yolunun üstündə yerləşən qədim məbədƏ. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 40 – 41И. Шопен – Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, ст 587–590.

Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V əsrə aid edilsə də, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir.

Üçnefli bazilika şəklində olan məbəd 1947–1948-ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir və bu ərazilərin hələ miladdan əvvəlki dövrlərdən türklərin vətəni olması haqqında mənbələrdə məlumatlar vardır. Belə ki, mixi yazılı kitabələr, eləcə də antik müəlliflər bu ərazilərin sakini olan sak–skif–massaget tayfalarının tez-tez Urartuya yürüşlər etməsindən bəhs edir.Б. Б. Пиатровский – Урарту (Древнейшее государство Закавкаэъя), Ленинград, 1939, ст 63 Abaran rayonuna ilk ermənilərin gəlişi 1829–1830-cu illərə təsadüf edir. Həmin vaxt 56 erməni ailəsi Türkiyədən köçürülərək burda məskunlaşdırılmışdır.Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 20 – 24

Mənbə И. Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоединения к Российской империи, СПб., 1852, стр.587–590; Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", В., 1994, səh.20–24.

İstinadlar

Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası

Kateqoriya:Abaran mahalı abidələri Kateqoriya:V əsrə aid kilsələr Kateqoriya:Erməni kilsələri Kateqoriya:IV əsrdə tikilmiş dini binalar Kateqoriya:IV əsrə aid kilsələr