"Qəzəlxan" — Əliağa Vahidin həyatı və yaradıcılığından bəhs edən Azərbaycan filmi. Şahmar Ələkbərovun quruluşçu rejissor kimi kinoda son işi hesab olunur.

Məzmun Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yadigarı-qəzəlxan, lirik şair Əliağa Vahidə həsr olunmuşdur.

Burada vahid bir süjet xətti yoxdur. Buna baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar.

Film haqqında Filmdə çoxlu lirik mahnılar, muğamlar və təsniflər oxunur. Film aktyor Əhməd Əhmədovun kinoda son işidir. Filmdə Əliağa Vahidin sağlığında lentə alınmış səsi də yer almışdır. Film iki seriyadan ibarətdir. 2026-cı ildə filmin 35 illiyi qeyd olunmuşdur.

Festivallar və mükafatlar 1) 1992-ci ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası Ölkələrinin XI Beynəlxalq Kinofestivalı Filmə Priz və Diplom verilmişdir.

2) 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Quruluşçu rejissor və ssenari müəllifi Şahmar Ələkbərova ən yaxşı bədii filmə görə Mükafat verilmişdir. Aktyor Loğman Kərimova ən yaxşı kişi roluna görə Mükafat verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Şahmar Ələkbərov Quruluşçu rejissor: Şahmar Ələkbərov Mahnı ifa edən: Səkinə İsmayılova Musiqiçilər: Malik Mansurov (Məlik Mansurov kimi), Elşən Mansurov, Möhlət Müslümov (Mövlət Müslümov kimi), Fəxrəddin Dadaşov Quruluşçu operator: Rafiq Əliyev Quruluşçu rəssamlar: Rafiq Nəsirov, Elbəy Rzaquliyev Bəstəkarlar: Ramiz Mirişli, Nazim Mirişli Rejissor: Elman Şeydayev Montaj edən: Nelli Dadaşova Səs operatoru: Nataliya Nuriyeva Operator: Xaqani Hüseynov Redaktor: Orxan Sadıqov (O.Sadıqov kimi) Rejissor assistentləri: İ.Cəfərov, S.Rüstəmova Operator assistentləri: S.Kərimov, Etibar Şirinov, V.Məhərrəmov Geyim üzrə rəssam: Adil Azay Qrim üzrə rəssam: Telman Yunusov, Firuzə İsmayılova İşıq ustası: S.Əliyev Rəng araşdırıcısı: Əminə Cəfərova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Foto ustası: Natiq İbrahimov Pirotexnik: Ə.Nuriyev İnzibatçılar: Heydər Dadaşov, A.Ələsgərov, Z.Bağırova Məsləhətçilər: Məmməd Nuruoğlu (filologiya elmləri namizədi), Məcid Katibli (tarix elmləri namizədi) Çalır: Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Dirijor: Nazim Rzayev Filmin direktoru: Azər Quliyev

Rollarda Loğman Kərimov — Əliağa Vahid Mirzə Ağayev — Ağahüseyn Həmidə Ömərova — Xanım Nübar Novruzova — Leyli Kamal Xudaverdiyev — Qafarzadə Yaşar Nuri — müdir Ramiz Məlikov — NKVD əməkdaşı Laləzar Mustafayeva — Vahidin 1-ci arvadı Dadaş Kazımov — Mirzə Qədir Fikrət Sultanov — Mir Cəfər Bağırov Mayak Kərimov — Əhməd Muxtar Maniyev — kolxoz sədri Nəsir Sadıqzadə — müştəri Kamil Məhərrəmov — müştəri Qəni Hüseynov Ramiz Əzizbəyli — Məmmədəli Neftun Tağıyev - Mirzə dayı Tariyel Qasımov — təltifi verən Leyla Bədirbəyli — makinaçı Qönçə Nuriyyə Əhmədova — makinaçı Əzizə Mehriban Xanlarova — katibə Məmmədkamal Kazımov — çayçıdakı müştəri İdris Rüstəmov — çayçıdakı müştəri Gülmalı Əsgərov Fuad Əhmədov — çayçıdakı müştəri Tələt Nəcəfov Nəcəf Həsənzadə — teatr işçisi Sevil Rüstəmova Telman Yunusov Nailə Zeynalova — təltifi verənin köməkçisi Vidadi Əliyev — Bağırovun köməkçisi Şahmar Qəribli (Şahmar Qəribov kimi) — Mirzənin qonağı Hacı İsmayılov — şair Rövşən Almuradlı Rafiq Əliyev — tənqidçi Cahangir Aslanoğlu — redaksiya işçisi Həcər Həsənova Əhməd Əhmədov — məclisdəki qoca Nadir Ağayev Möhsün Hüseynxanlı (Mövsüm Hüseynxanlı kimi) — Qafarzadənin sürücüsü Aleksandr Nojko — rus şair Nəbi Qədirov Şəmsi Şəmsizadə — Qafarzadənin qonağı Gümrah Rəhimov (Gumrah Rəhimov kimi) — Qafarzadənin qonağı Zilli Namazov — araba sürən Əliqulu Səmədov — məclisdəki qonaq Məcnun Hacıbəyov — bələdçi Nazir Əliyev — qatardakı sərnişin Emma Məlikova (Emma Piriyeva kimi) Məmməd Ələkbərov Heybət Hörmət (Heybət Hörmətzadə kimi — neftçi Zemfira Əliyeva — qarı Kübra Dadaşova İlqar Cəfərov Fərhad İsrafilov — Həmid Novruz Qartal (Novruz Əliyev kimi) — məclisdəki adam Ədalət Yunusov (Edilxan Yunusov kimi) Sevinc Əmirxanova Kazım Abdullayev — şair Ramiz Bağırov - Mirzə Rafiq Hüseynov Vaqif Səmədov İlham Əsgərov — şair Azər Buzovnalı Orxan Şeydayev Elman Şeydayev Alim Qasımov — xanəndə Zahid Quliyev — xanəndə Qəndab Quliyeva — xanəndə Aqşin Rəsulov — xanəndə Nizami Rəmzi — meyxana deyən Kəbir Məmmədov — meyxana deyən Arif Kərimov — meyxana deyən (titrlərdə yoxdur) Təvəkkül İsmayılov — mülki geyimli (titrlərdə yoxdur) Alim Məmmədov — Mirzənin qonağı (titrlərdə yoxdur) Əminə Dilbazi — konsertdə oturan (titrlərdə yoxdur)

Filmi səsləndirənlər Fəxrəddin Manafov — Əliağa Vahid (Loğman Kərimov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Vahidin 1-ci arvadı (Laləzar Mustafayeva) (titrlərdə yoxdur) Səidə Quliyeva — Xanım (Həmidə Ömərova) (titrlərdə yoxdur) Tələt Rəhmanov — məclisdəki adam (titrlərdə yoxdur) İlham Əsgərov — Mirzə dayı (titrlərdə yoxdur) Pərviz Bağırov — Mirzənin qonağı (Şahmar Qəribli) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — tənqidçi (Rafiq Əliyev) (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edənlər Əliağa Vahid (şəkil-heykəl), (titrlərdə yoxdur) Vladimir Lenin (şəkil), (titrlərdə yoxdur) İosif Stalin (şəkil), (titrlərdə yoxdur)

Sponsor "Bakı-İnvest" Sovet-Alman Birgə Müəssisəsi "Rimur" Konserni

Mənbə Ə. Mövsüm. "Əliağa Vahid haqqında film" // Odlar yurdu.- 1990, avqust.- № 15.- səh. 1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-363. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

İstinadlar

Xarici keçidlər Filmi izlə "Atamı məclislərdə içirdib bədahətən dediklərini öz adlarına çap edərmişlər" - müsahibə Loğman Kərimov "Qəzəlxan" filmi haqqında (2011-ci il)

Kateqoriya:1991-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Əliağa Vahid haqqında filmlər Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:1991-ci ilin filmləri