"Kabiriyanın gecələri" () — rejissor Federiko Fellininin filmi.
Məzmun Filmdə baş verən bütün vaxt kəsiyində dayanmadan özünün böyük məhəbbətini axtaran Kabiriyadan danışılır. Həyat ona həmişə heç də xoş olmayan sürprizlər bəxş edir. Beləcə bütün bu axtarışlar ona bədbəxtliklər gətirir. Onun görüşdüyü bütün adamlar, demək olar ki, Kabiriyadan öz maraqları üçün istifadə edirlər. Kabiriya həmişə ümidsiz vəziyyətdə Madonnaya dua edir ki, ona hədiyyə verilmiş ömrünü öz istəyinə uyğun yaşaya bilsin.
Və budur, nəhayət ki, ömrünü fahişəliklə keçirən Kabiriya arzularının kişisini tapır. Onun adı Oskardır. Həmin kişi mühasib işləyir və Kabiriyaya xoşbəxt və yalansız gələcək vəd edir. Kabiriya həyatını düzəltmək üçün yaxşı fürsət yarandığına sevinir. Və bu xoşbəxtliyin qanadlarında heç bir əlavə şey düşünmədən Oskara aşiq olur. Kabiriya öz evini satır və bütün pulları öz sevgilisinin ayağına gətirir.
Lakin Kabiriya heç ağlına belə gətirə bilməzdi ki, qarşıda onu nə gözləyir. Taleyin növbəti qəddar zərbəsi Kabiriyanı daxilən məhv edir. Filmin sonunda bütün əzablara baxmayaraq, Kabiriya üzündə təbəssüm yoluna davam edir.
Mükafatlar
1958-ci ilin "Oskar]" mükafatı Xarici dildə ən yaxşı filmə görə
Kann kinofestivalı Ən yaxşı aktrisa – Cülyetta Mazina Xüsusi mükafat – Federiko Fellini
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri: Federiko Fellini, Ennio Flayano, Tullio Pinelli, Pyer Paolo Pazolini Rejissor: Federiko Fellini Operator: Aldo Tonti Bəstəkar: Nino Rota Prodüser: Dino de Laurentis
Rollarda Cülyetta Mazina – Kabiriya Fransua Perye – Oskar D'Onofrio Franka Marsi – Vanda Amedeo Nadzari – Alberto Ladzari Aldo Silviani Dorian Qrey-Cessi Mario Passanti
İstinadlar
Həmçinin bax
Kateqoriya:İtaliya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Federiko Fellininin filmləri Kateqoriya:1957-ci ilin filmləri Kateqoriya:Roma haqqında filmlər Kateqoriya:Fransanın ağ-qara filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:Fahişəlik haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:Romada çəkilmiş filmlər